Azərbaycan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Litvaya
rəsmi səfərinin qiymətləndirmə meyarlarından biri kimi “Litva. Səmimi qəbula və
qonaqpərvərliyə görə çox sağ olun!” minnətdarlıq paylaşımını göstərmək məntiqli
yanaşma olardı.
Bu ifadəni Birinci xanım Mehriban Əliyeva mayın 22-də sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. Həqiqətən də dünyanı səmimiyyət xilas edəcək. O səmimiyyət ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin ana xəttini təşkil edir.
Açıq və doğru danışmaq. Azərbaycanın dünyada xüsusi hörmətə və nüfuza malik olmasında bu dövlətin Prezidentinin şəffaf xarici siyasəti önəmli məna daşıyır. Litvada keçirilən görüşlər, imzalanan sənədlər, səsləndirilən fikirlər qənaətimizin doğru olduğuna növbəti sübutdir.
Səfər çərçivəsindəki tədbirlərin
qısa xronalogiyasını xatırladaraq, ölkə başçılarının bəyanatlarına və Azərbaycan-Litva biznes forumunda prezidentlərin söylədiyi
fikirlərə diqqət çəkək.
Mayın 21-də Pezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayırlar.
Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olur.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşılayırlar. İlham Əliyev və Mehriban Əliyeva xatirə kitabını imzalayırlar.