Xaricdəki azərbaycanlılarının Xankəndində yaşayan ermənilərə müraciəti belə olsun – JEM sədrindən təklif

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu dünya azərbaycanlılarına təklif xarakterli müraciət ünvanlayıb. Müraciət rus sülhməramlılarının müvəqqəti xidmət keçdiyi Qarabağın ermənilər yaşayan ərazilərindəki vəziyyətin real mənzərəsini əks etdirmaklə yanaşı, Azərbaycan vətəndaşları olan erməni əhalisinə çatdırılmalı olan vacib informasiyanı da özündə etiva edir. 

JEM sədri öncə Xankəndində indiki vəziyyətdə yaşamağın Azərbaycanın erməni əhalisi üçün dözülməz olduğunu belə əsaslandırıb. 

“1. Əhali qondarma respublika xəyalına düşən terrorçu erməni silahlılarının girovundadır. 2 Qaz və yol təlabatına görə tam şəkildə Azərbacandan aslıdırlar. 3.30 günlük işğala 44 günə son qoymuş Azərbaycanın qüdrətini gördülər. 4.Azərbacan Prezidenti İlham Əliyevin nə deyirsə onu da icra edir üstünlüyünün şahididirlər. 5.Başda qondarma Arayik olmaqla ermənilər Xankəndində evlərini satıb qaçırlar. 6. Baş nazir Paşinyan sülh sazişi imzalamağa cəhd göstərir, sadəcə hələki xunta buna imkan vermir”. 

Ceyhun Musaoğlu hesab edir ki, dünya azərbaycanlıları bu arada vacib informasiya ilə çıxış etməklə Qarabağın tam bütövləşməsi prosesinə dəstək vermiş olarlar. 

"Təbliğatını aparmalı olduğumuz informasiya bunadan ibarətdir:  – Ey Qarabağda yaşayan erməni əsilli azərbaycan əhalisi! Azərbayacan Xankəndinə, o cümlədən küllü Qarabağa nəzarəti tam əlinə keşirsə, rus sülhməramlıları olmadan idarə etmə bərpa olunsa, siz ermənilər əvvəlki illərdən çox xoşbəxt və rahat yaşayacaqsınız. Sizin evləriniz, işiniz, mülkünüz, azadlığınız, hüquqlarınız tam toxunulmaz olaraq qalacaq. Biz bunu sovet dövründə sübut etmişik. Azərbacan erməni xalqı ilə yox, erməni xalqını aldadaraq, onlara "Böyük Ermənistan" quracağı vədi verərək kiçik Ermənistanı belə, uçuruma aparan erməni hakimiyyətinin işğalçılıq siaysətinə qarşı müdafiə xarakterli müharibə edib və qalib gəlib. Azərbaycanın qalibiyyəti erməni xalqının girovluqdan, mif düşüncədən qurtulmasına böyük dəstəkdir. Paşinyan da sözünü deyib. Deyib ki, Ermənistanın dövlət olaraq heç vaxt vahid ərazi kadastrı olmayıb, və o xalq üçün bu kadastrı hazırlamaq istəyir, ona görə də Azərbayanın Qarabağ daxil 86,6 kvadrat kilometr ərazisini tanıyır”.
 
JEM sədrinin fikrincə erməniləri bu gerçəyə xaricdə yaşayan azərbaycanlıların inandırması daha effektli olardıo mənadakı Xankəndində yaşayan ermənilərin xüsusən Rusiyada, o cüçlədən digər ölkələrdə  yaşayan ermənilərlə sıx informasiya əlaqələri var:
 
“Bizə qalır qarabağdakı erməniləri həqiqətə inandırmaq və onları girovda saxlayan silahlı birləşmələrinə qarşı üsyana-etirazlara qaldırmaq”.

Bəsirə Həsənzadə