Azərbaycan jurnalistikasının 149 illik tarixinə həsr olunan kitab Mətbuat Şurasında təqdim olundu - Fotolar

Jurnalist Ekspert Mərkəzinin (JEM) Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsi çərçivəsində nəşr olunan "Fövqündə" kitabı  Mətbuat Şurasında qonaq olan Türkiyənin Üsküdar Üniversitetinin rektoru Nazife Güngörə, Yeni media kafedrasının müdiri Gül Esra Atalaya, MŞ-nın İdarə Heyətinin üzvlərinə, jurnalistlərə hədiyyə olundu.

Ssenari janrında yazdığım və cizgilərlə zəngin mətn Azərbaycan jurnalistikasının 149 illik tarixini əks etdirir. Oxuyan həm də filmə baxmış olacaq.