Qarabağdakı ermənilərə əsl fəlakəti Fransa yaşadır – Azərbaycan etnik sakinlərini girovluqdan qurtaracaq

Laçın sərhədində hazırda vəziyyət belədir: 

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan ermənilər üçün göndərdiyi 40 ton un məmulatları olan iki ağırtonnajlı yük maşını artıq ikinci gündür Ağdam-Xankəndi yolundakı Rusiya sülhməramlılarının postu qarşısında gözləyir. Ərzağın sakinlərə çatdırılmasına görə komandanlıqla aparılan danışıqların hələ nəticəsi yoxdur.
- Rusiyalı sülhməramlılar yolu tikanlı məftillə bağlayıblar, sipərlər quraşdırıblar. 
- Cəmiyyətin əməkdaşları, könüllülər çadırlarda gecələyiblər.
Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa “humanitar yük” göndərib. Parisdən Laçın rayonu ilə üzbəüz olan qondarma sərhəd xətti Kornidzora "qarabağlı ermənilərə Fransadan yardım" şüarıyla 10 ağırtonnajlı yük avtomobili gəlib. Şou karvanını Parisin meri Ann İdalqo, Strasburq meri Janna Barseqyan müşayiət edib.
- O, paylaşım edərək növbəti yalanını püskürüb. Yazıb ki, Qarabağdakı ermənilər humanitar fəlakətlə üzləşib və onlara təcili yardım göstərmələrinin digər səbəbi "vaxtın tükənməsidir".
- Makronun göndərdiyi "TIR"-lar Laçın səddini keçə bilmədi. Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımın qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb. Azərbaycanın hər hansı bölgəsində humanitar böhran yaşanmır və bununla bağlı heç bir ölkəyə müraciət də olunmayıb.
- Qarabağlı ermənilər Bakının humanitar yardımını qəbul etməyəcəklərini bildirirlər. Onlar etiraz aksiyası keçirir, çadırlar qururlar. Böhtanla danışmağı vərdiş edən bu millət unun xarab olduğunu iddia edir.
- Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Elşən Səlimzadə humanitar yükün gözlədiyi ərazidə xarici media qurumlarının əməkdaşlarına bildirib ki, hər birində 20 ton olmaqla iki yük maşınına yüklənmiş əla növ ərzaqlıqbuğda unu 28 avqust 2023-cü ildə istehsal olunub. - Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında iki humanitar karvanın göndərilməsinin əsas səbəbini açıqlayıb: “Bilmək istəyirdiik, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələlik işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Texniki məsələlər həll olunandan sonra yardımları həyata keçirəcəyik. Bir çox mexanizmlər mövcuddur ki, biz bunu icra edə bilərik. Sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir. Bizim tərəfdaşlarımız da prosesi izləyirlər və lazım olanda onlar da qoşula bilərlər”

Mənzərə tam aydındır:

Azərbaycan 30 il ermənilərə haqqın, ədalətin, doğrunun, harda və necə olduğunu son nöqtəyə qədər anlatmağa çalışdı, nasizm xəstəliyinə düçar olan Ermənistan dövləti qanmadı ki, qanmadı. Azərbaycan dövləti məcbur qalıb ali həqiqəti onlara 44 gün içərisində "Dəmir Yumruq"la qandırdı.

Vətən müharibəsindən sonra Qarabağdakı erməni terrorçuları bu dəfə öz millətlərindən olan Azərbaycanın etnik sakinlərini girov götürüblər. Yenə usanmırıq, bir neçə işıqlı yol göstəririk, getmirlər, yardım göndəririk, götürmürlər, 28 il öncə azərbaycanlılara qarşı soyqırım törədənləri o dövrdə qaldırdığımız cinayət işinin istintaq nəticəsi olaraq həbs etməkdəyik, ağılları başlarına gəlmir. 

Fransadakı erməni lobbisi ilə korrupsiya şəbəkəsi quran fransız məmurların qızışdırıb ortaya atdığı erməni xuntası Azərbaycan daxilində respublika qurmaq iddiasının bəlasına düşüb. Mümkünsüzlük zivəsindən yıxılıb sözün bütün mənalarında şikəst qalıblar, indi də zarıyırlar. 

Qarabağa sığınaraq erməniəsilli sakinlərimizi girov götürən Araik Arutyunyanın terrorçu dəstəsi öz cinayət əməllərini gizlətmək məqsədilə “hümanitar fəlakət” oyunu qurub. Ac və yalavacsınızsa, Laçın sərhədinə düzülən, guya ərzaq dolu, əslindəsə içi təşkilatçıların başları kimi boş olan, avtomobillər niyə Ağdam -Xankəndi yolu ilə getmir? Ac və yalavacsınızsa, avqustun 28-i, 2023-cü ildə istehsal olunan 40 ton unu niyə qəbul etmirsiniz? Fransanın göndərdiyi yardım erməniləri yedizdirmək yox, dezinformasiya mühiti yaradaraq beynəlxalq aləmi çaşdırmaq məqsədi güdür. Plan budur ki, Cənubi Qafqazda, xüsusən də Azərbaycanın sərhədində “ikinci erməni dövləti” yaratmaq, o qondarma obyekti ölkəmiz üçün daimi təhlükə yaşatmağa yönləndirmək.
 
Bir dəfə fiasko yaşadılar, növbəti fəlakətin astanasındadırlar. Bu fəlakət siyasi fəlakət olacaq. Regionda çirkin oyunlar oynayan bütün məkrli qüvvələr siyasi dimdiklərindən tora düşəcəklər. Azərbaycan milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq Qarabağ iqtisadi rayonunda yaşayan vətəndaşlarına sahib çıxıb. Erməni sakinləri də ya çıxıb monoetnik ölkələrinə gedəcəklər, ya da araikgilin girovluğundan qurtulmağa can ataraq Azərbaycanın çəkdiyi yola düşüb, işıqlı sabaha yürüyəcəklər.

Ceyhun Musaoğlu