Qəhrəmancasına həlak olan polislərə çamur atanların xislət murdarlığı

Ailəsini sipərə çevirərək qaçmaq istəyən qatı cinayərkarı zərərsizləşdirərkən qətlə yetirilən qəhrəman polislərimiz Mirəli Heydərov, Mahir Ağayev, Eldəniz Məmmədovun xatirəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq. 

Qəhrəmanlar ömürlərini vətəninə, dövlətinə, xalqına qurban verdikləri üçün əbədi həyat qazanırlar. Əməliyyat keçirdikləri zaman həlak olan polislərimiz də o cinayətkarın törədə biləcəyi dəhşətli cinayətlərin qarşısını alıblar. Qana susamış həmin şəxs ailəsini güllə qabağına çıxarsa da polislərimiz öz canlarını qurban verməklə həmin ailəni xilas ediblər. 

Əsl kişilik, əsl peşəkarlıq, əsl insanlıq nümunəsi. Əminəm ki, bu nümunə gələcəkdə polis olmaq istəyənlərə bir dərs kimi təqdim olunacaq. Əgər bu gün bir nəfər belə, o qəhrəman polislərin əleyhinə danışan varsa, beləsi Vətən düşməni sayılmalıdır. 

Nə qədər utanmaz, nə qədər abırsız olasan ki, qəhrəmanlığın ən üst səviyyəsində davranaraq olduqca təhlükəli cinayətkarı zərərsiləşdirməklə həm ehtimal olunan növbəti cinayət hadisələrin, həm də bir ailənin qətliamının qarşısını alan polislərimiz barədə xoşagəlməz fikirlər səsləndirəsən. 

Belə fikirlərin müəllifləri insanlıqdan çox uzaqdırlar. Onlar üçün nə əxlaq var, nə mədəniyyət, nə mənəviyyat, nə də vicdan. Həlak olan polislərimiz öz canlarını qoruyaraq, cianyətkar ailə başçısı tərəfindən məcburi sipərə çevrilən ailənin xilası barədə düşünməsəydilər, əməliyyat zamanı qarşı tərəfi kimliklərindən asılı olmayaraq gülləbarana tutsaydılar, indi sağ idilər. Ancaq onlar əsl polis şərəfinə sığınıraq öz canlarını deyil, günahsız ailənin həyatını düşündülər. 

Mirəli Heydərov, Mahir Ağayev, Eldəniz Məmmədov polis adını uca tutaraq bu dünyadan köçdülər. Xarici ölkələrdə gizlənərək onların arxasınca tərbiyəsiz davranış sərgiləyənlər isə insan adına ləkədirlər. 

Necəki həyatın zibilliyində eşələnirsiniz, bütün mübarək hadisələrə murdar təfəkkürün deşiyindən baxırsz, eləcə də öləndən sonra adınızı tarixin üfunət qoxuyan səhifələrinə yazdıracaqsınız. Siz həmişə, hər yerdə ölüsünüz, çamur atdıqlarınız isə həmişə, hər yerdə diri olacaqlar. 

Sizlər o kəslərsiniz ki, Azərbaycan ərazilərini işğaldan azad edəndə Ordumuzun əleyhinə ağzınıza nə gəldi danışırdız, şər atırdız, böhtan yağıdırırdız. Sizlər o kəslərsiz ki, Vətən müharibəsində ermənilərlə birləşib Azərbaycan əleyhinə bəyanatlar yayırdız. Sizin vətəniniz mədənizdir. Hər şeyə qarnınızın gözü ilə baxrısz. Əlbəttə ki, o prizmadan yalnız qaranlıq tunel görünür. Hara getdiyinizi bilmədən, hədəfinizi görmədən İllərdir yol gedirsiz. Ona görə də mənzil başına çatmırsız ki, çatmırsız.  

Ceyhun Musaoğlu