Azərbaycan vətəndaş cəmiyyəti sektorunda aparılan islahatlar
müxtəlif yöndə müsbət nəticələr verməkdədir. Artıq “Biləcəri səddi” deyilən
mane arxada qalıb. Ölkə QHT-ləri beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil
etməyə başlayıblar.
QHT nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı həm
də onların prosesə, qəbul olunan qərarlara təsir etməsi ilə xüsusi diqqət çəkir.
Hazırda bir qrup QHT təmsilçisi Keniyada səfərdədirlər.
Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti
Konfransı keçirilir. Azərbaycan QHT-ləri BMT-nin Vətəndaş Cəmiyyəti
Konfransında müxtəlif panellərdə qlobal diskussiyalara qatılıb.
“Sağlamlığa Xidmət”, “Sudan İstifadə Sahəsində Mütəxəssislər",
İctimai Birliyinin İctimai Birliyi, “Minalar
Əleyhinə Azərbaycan Kampaniyası", Azərbaycan Gənclər Təşkilatları Milli
Şurası ictimai birliklərinin rəhbərləri və nümayəndələri Keniyada BMT-nin Vətəndaş
Cəmiyyəti Konfransında fəal iştirak edirlər. İlk dəfə olaraq Nayrobidə Azərbaycan
və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları
geniş müzakirə olunub.
Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə
bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində
həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə
aksiyasında iştirak ediblər.
Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik
ili” olduğunu nəzərə alsaq, bu aksiyada iştirak ölkəmizin yaşıl dünya üçün
qlobal mübarizəsinin rəmzi hesab olunur.
Artıq QHT sektorunda uzun illərin paslanmış vəziyyəti
aradan qalxır. Nəhayət vətəndaş cəmiyyəti institutu əsl mahiyyətinə uyğun
davranmağın, QHT fəlsəfəsinə doğru-düzgün əməl etməyin alternativi olmadığını yəqinləşdirməyə
başlayb.
Əslində bu sahədə aparılan ciddi islahatların da məqsədi
bizləri məhz QHT fəlsəfəsinin mahiyyətini düzgün anlamağa və bu anlama xidmət
etməyə yönləndirmək idi.
Xüsusən də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyininin həm milli donor, həm də dövlət qurumu olaraq fəaliyyətndəki mütərəqqi
yeniliklər bütün vətəndaş cəmiyyəti institutu sektoruna sirayət etməyə başladı.
Ölkə QHT-lərinin nüfuzlu beynəlxalq tədbirlərdə mütəmadi
iştirakı, qlobal mövzular üzrə təsirli çıxışları, xarici həmkarları ilə işçi münasibətlər
qurmaları Azərbaycan demokratiyasının, cəmiyyət azadlığının, dünyanın gedişatına
təsir etmə imkanlarına malik olduğumuzun bariz nümunəsdir.
Ötən il Ermənistanın növbəti dəfə beynəlxalq hüquq
norma və prinsipləri pozaraq Naxçıxanla sərhəddə iri metallurgiya zavodu tikmək
planının qarşısının alınması Azərbaycan QHT-lərinin dünya QHT-ləri ilə birliyinin
nəticəsində mümkün oldu. Ekologiya yönümlü QHT-lərimiz həyacan təbili çalaraq
Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti
institutlarını bir müraciət ətrafında birləşdirməyi bacardı, nəticədə Ermənistan
haqlı olan güclü təzyiqin nəticəsində tikintini dayandırmalı oldu. Azərbaycan
QHT-ləri dünyaya sübut etdilər ki, tikiləcək zavod bütün planetin ekologiyası
üçün təhlükəldir.
QHT sektorunun keçmişdə pərçimləndiyi passivlik,
primitivlik artıq tarixin arxivinə qovuşur. Yeni dünya düzəninə, qalib, qürurlu
və lider dövlət olan Azərbaycanın adına, yürütdüyü daxili və xarici siyasətə
adekvat vətəndaş cəmiyyəti institutu formalaşmaqdadır. Bu işdə QHT Agentliyinin
də böyük dəstəyini unutmamalı, o dəstəyə uyğun davranmağı özümüzə borc bilməliyik.
Jurnalist Ekspert Mərkəzi