COP29 çərçivəsindən görünən və təsdiqlənən Qərb miskinliyi

196 ölkədən 72 min qonağın, 80 ölkənin rəhbərlərinin, BMT-nin baş katbinin iştirak etdiyi COP29 Azərbaycan tarixinə yaşıl hərflərlə yazıldı.

Qırmızı hərflərlə tarix yazanlar yaşıl hərfləri qabartmaqla həm də onu demiş oldu ki, dünya bir rəngli, bir qütblü deyil, rəngarəngdir. Hamını özünə oxşada bilməzsən, kainatı karbon qazında boğub rəngini avazıda bilməzsən. Bəli, inkişaf etmisən, imkan ver digər dövlətlər də inkişaf etsin. Yer planetinin missiyasını karbon emissiyalarınla dağıtmaq palanetə qarşı cəlladlıqdır.

COP29 bu fəlsəfədən çıxış edərək konfransın yekun mətnində Qərbdən 1 trilyon istədi. Azərbaycan bütün dünyanın sözünü dedi, ortaya isə 250 milyard dollarlıq vəsait çıxdı. Əlbəttə utancvericidir. Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərbin bu davranışı onların nə qədər cılız olduqlarını bir daha sübut etdi. Azərbaycan Fransa müstəmləkəsində zülm çəkən ada dövlətlərinə qucaq açdığı halda Qərb dünyaya disrək göstərdi. Belə Qərbə pərəstiş etmək, qərbpərvər olmaq hansı məntiqi izahla doğrudur? Sənin nəyinə, harana meyillənim? Dünyanı trilyonluq bəlaya salıb, 250 miyard dollarla yaxa qurtarmaq istəyən bir qütbə necə arxalanmaq, necə güvənmək olar? Arxa, güvənc nə deməkdir, onu Azərbaycan göstərdi. 12 gün davam edən COP29 çərçivəsində təşkilatçılığın yüksək səviyyəsindən bütün dünya razılıq etdi. Bir-iki sayt ürək bulandırmaq istəsə də alınmadı.

20 faiz torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycana qısqanclıqla yanaşan o bir neçə ölkənin o bir neçə xadimi çox çalışdılar COP29-u gözdən sala bilmədlər. Hətta inkişafda olan ölkələrə dəstək kimi irəli sürdükləri məbləği də sonda açıqladılar ki, əlavə müzakirələr üçün vaxt qalmasın.

Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərbin ödəyəcəyi məbləğin müzakirəsini açmağa ehtiyac da yoxdur. Kainata nə qədər ziyan vurduqlarını özləri hamdan yaxşı bilir.

Dünyanı daha çox çirkləndirən ölkələr "Bakı sıçrayışı"nın qarşısında dirəniş göstərə bilmədilər. COP29-un yekun sənədi qəbul edildi. Gələcək iqlim tədbirləri üçün strateji  baza yaratdıq. COP29-da qəbul edilən qərarlar iqlim dəyişikliklərinə qarşı mübarizədə həm texniki, həm də diplomatik baxımdan yeni üfüqlər açdı. Bu hədəfə əsasən, inkişaf etmiş ölkələr hər il inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 100 milyard dollar ayıracaq və bu məbləğ 2035-ci ilədək 300 milyard dollara çatdırılacaq. 

Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib.

COP29 BMT-nin tədbiridir, Azərbaycan sadəcə ev sahibliyi etdi. Bu ev sahibliyi o dərəcədə möhtəşəm alındı ki, Azərbaycan dünyanın sahibi kimi göründü. Bunu günah kimi ayağımıza yazmaq naqislikdir. 44 günlük hərbi əməliyyatı ilə 30 illik işğala son qoyan Azərbaycan Cənubi Qafqaza sülh gündəliyi yaşada bilirsə, dünyanı iqlim dəyişikliklərinin fəsadından qurtarmağa niyə də səy göstərməsin. Gücü var, sevgisi var, ərazisi bütöv, suverenliyi əbədi. Elə bu amillərə görə də COP29-a ev sahibliyi etmək üçün yekdillikə səs qazandı.  

Qalib ölkə və növbəti COP29 qələbəsi. Qəbul edə bilmədilər. 35 ildə 350 illik yol keçən bir ölkənin uğurlarına qarşı iyrənc kampaniya aparıldı. Hibrid müharibənin ən eybəcər formasının qarşısında belə, ölkəmiz vüqarla duruş gətirdi. Özünü hegemon adlandıran dövlətlər görün hansı saman çöpündən yapışdılar: “salatın qiyməti bahadır”, “şəhərdə itləri güllələyirlər”, “məvacibimizi vermirlər”. Dünyanı triliyon söhbəti ətrafına yığan bir ölkəni bu qədər cılız ittihamlarla atəşə tutmaq Qərbin olmayan nüfuzunu ayaqlar altına atdı. Aykido effekti yaşadılar, öz fənləri özlərinə qarşı çevrildi.  

Ermənistanı işğalçılıq siyəsətindən çəkindirə bilməyənlər Azərbaycanın möhtəşəm qələbəsindən sonra iki ölkəni tələm-tələsik sülh müqaviləsinə sürükləməklə özlərini sülhpərvər kimi göstərmək istədilər. Deyirlər, Baydenin könlündən Nobel keçirmiş. Lap alsa nə olacaq ki… Qorbaçov da Sülh Nobel mükafatı almışdı, tarixə qaniçən kimi düşdü. Yaxası Nobel istəyən Bayden və onun Qərb atı Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş erməni quldurlarının azad olunmasını tələb edirlər. Arzuya baxaq, ay Makron, rəngi başına çırpılan yumurtadan da sarıdır. Bu arzu saralıb, solub, çox güman sizin də xəbəriniz var. Yoxsa ki, növbəti bicliyə əl atmazdınız, Azərbaycanın neft-qaz sənayesini sıradan çıxarmaq, Qarabağ ermənilərini yenidən qaytarmaq və xalqımız üçün yeni terror və separatizm yuvası qurmaq istəməzdiniz.

Alınmadı. Necə 44 günlük müharibə dövründə göndərdiyiniz jurnalistlərin qərəzli suallarına Ali Baş Komandanın səlis cavabları sizi silkələdi, eləcə də COP29 konfransında hara əl atdınız, qopub üstünüzə gəldi.

Həqiqətn belə qalmaz. Qalmaz belə, qalmaz dünya. Ukraynanı dağıtdınız, Fələstini məhv etdiniz, İraqı çökdürdünüz, Liviyanı qana boyadınız, Suriyanı xarabalığa çevirdiniz, Tunisi kökündən ayırdınız… hələ də bu kimi iyrənc siyasətinizi davam etdirirsiniz.

Bu gediş uzağa aparmır. Dünya insanı sizi COP29 çərçivəsindən bir daha tanıdı. Dağıdrsınız və zibillərinizi yığışdırmaqdan boyun qaçırırsınız. Dünyanın çölü yoxdur. Hara qədər qaçacaqsınız?

COP29-un COP30 saxladığı sualdır.


Ceyhun Musaoğlu 

Jurnalist Ekspert Mərkəzinin sədri