ABŞ Prezidenti jurnalistin sualını "axmaq" adlandırdı

ABŞ prezidenti Donald Tramp brifinqdə ona sual verən jurnalistlərdən birinə qarşı kobud ifadələr işlədib.

"Mediaekspert" musavat.com-un xarici mediaya istinadən yaydığı həmin dialoqu təqdim edir: 

Jurnalist: "Görünür, ruslar indi İrana amerikalıları hədəf almağa və hücum etməyə kömək edirlər".

Tramp: Bu mövzunu ikinci dərəcəli hesab edirəm. Sizləri digər mövzulara keçməyə çağırıram. Etdiyimiz işlərlə müqayisədə bu, kiçik məsələdir. Sizə böyük hörmətim var. Həmişə mənə qarşı çox mehriban olmusunuz. Belə bir vaxtda bu sualı vermək... axmaq bir sualdır. Başqa şeydən danışırıq. Növbəti sual...