ATV-də yayımlanan köhnəlmiş “BizimləSən” və köhnəliklə
yenilənmiş “Günaylı gün” verilişlərinə cavabdeh olan şəxslərin işə saldıqları
primitiv “Baxşəliyevlər planı”nın nəticəsində dərin təəssüf və təəccüb hissi
yaşayan tamaşaçılar efiri həm media, həm də sosial şəbəkələr üzərindən ictimai
qınaq hədəfinə çeviriblər.
Öncə
xatırladaq: Bir ay öncə Prezident Administrasiyasında
bəzi telekanalların rəhbərləri ilə görüş keçirilib və tamaşaçıların narazılığına
səbəb olan verilişlərdə müsbət mənada ciddi dəyişikliklər edilməsi tapşırılıb.
Görüşlə bağlı yayılan məlumatlarda vurğulanırdı, Administrasiya tövsiyə
xarakterli xəbərdarlıq ünvalayıb, qarşı tərəf irad və təkliflərlə razılaşandan
sonra müvafiq qərar qəbul olunub.
Bir telekanaldan başqa digərləri qərara uyğun davranış
sərgilədilər: bayağılığı ikrah yaradan verilişlərin yayım vaxtları qısaldıldı,
məzmunlarında etik çərçivənin ciddi qorunması istiqamətində addımlar
atılmaqdadır. O bir telekanalın adı ATV, verilişi “BizimləSən”dir.
Belə
oldu:
Aparıcı Zaur bəy məişətin dibinə düşmüş verilişin müddətini 15 gün sonra 1,5
saat azaltdığını elan etdi. 4 saatlıq verilişin vaxtı 2,5 saata qədər endirildi.
Müddət necə azaldısa çoxaldı.
ATV-nin
azaldaraq artırmaq düsturu: Həmin azalan 1,5 saat
müddət “Günaylı gün” verilişinin yaranmasına səbəb oldu. Baxşəliyevlərin qurduqları bayağılıq meydanı genişlənməkdədir: Həftə
içi hər gün 15:00-dan 16:30-a, 16:30-dan 19:00-a, şənbə-bazar 10:00-dan 12:00-dək olan müddət ərzində eyni
telekanalın eyni efiri, eyni məkan, eyni aparıcılar, eyni qonaqlar, eyni sözlər,
eyni jestlər, eyni ifalar…
Administrasiyanın ictimai qınağa əsaslanan tövsiyə
xarakterli tapşırığına “Zaurgil” telekanalı rəhbərliyinin tərsinə cavabı o dərəcədə
təəccüb və təəssüf yaradıb ki, tamaşaçı Azərbaycan dilinin qrammatik qaydasına
uyğun “ATV-də nə baş verir” sualını düzgün
quruluşa malik olmayan “ATV-də baş verir nə? “ATV-də nə verir baş” sualları ilə
əvəzləmək məcburiyyətində qalır.
Onlar
ATV-nin ziyanı azaldaraq artırmaq “ixtirasına” belə reaksiya verirlər:
- ATV-də bunlardan başqa aparıcı yoxdu…
- Eyni veriliş Zaurla Günaydının təkrarı…
- Bunlar görəsən yatmırlar? Gözumüz yoruldu bunlardan,
həftənin 7 günü yox, 8 günü efirdədilər, gözləri doymur…
- Tamaşaçınin gözü mazol oldu, bütün kanal bunlara məxsusdur,
bu qədər də olmaz…
- Tezliklə bağlanar…
- Biabırçılıq…
- Zaur deyirdi uşaqlarıma vaxt ayırmaq üçün
verilişimin vaxtını qısaltdırdım. İndi lap Gunay da veriliş açır, necə başa düşək
görəsən…
- Xeyirli olsun, gözəl qızım…
- Xeyirli, uğurlu olsun…
- Kanal bunlara işləyir ancaq. Axırımız hara gedir.
Bir adam on veriliş açib, niyə ölçü gotürmürlər. Vallah olmaz e bu qədər. 1 həftədə
3 veriliş…
- Çox tərbiyəli ailə, uğurlar olsun…
- Zauru bir aparıcı kimi çox sevirəm bəzi nöqsanları
çıxmaq şərti ilə. Amma məncə bu qədər çox efirlərdə görünmək gözü yorur. Bir dəfə
elə ATV kanalını alsa idi, canı qurtarardı. ATV-də bunlardan çox demək olar ki
görünən yoxdu.
Yeni
“əməliyyat”a münasibətini bildirənlər çoxdur, linki təqdim edək, müsbət və mənfi
rəylərin nisbətinə özünüz baxın.
https://www.youtube.com/watch?v=vIwYljf0imI
Qeyd:
“Zaurla Günaydın” verilişinin 30 mart tarixli yayımı. Zaur bəy deyir: “Verilişlərimiz
iki idi, indi olacaq üç (adlarını sadalayır...). Müğənni Sevda Yahyayevanın
reaksiyası: “7/24…” Zaur bəy müğənninin replikasına gülərək sevinclə qarşılıq
verir: 7/24… 7/24…)
Daha bir qeyd: Bədii obrazlardan biri haqqında; O, təkrar yaşadığından neçə yaşı olduğunu unutmuşdu.
Mediaekspert
Monitorinq Qrupu