196 ölkədən 72 min qonağın, 80 ölkənin rəhbərlərinin,
BMT-nin baş katbinin iştirak etdiyi COP29 Azərbaycan tarixinə yaşıl hərflərlə
yazıldı.
Qırmızı hərflərlə tarix yazanlar yaşıl hərfləri
qabartmaqla həm də onu demiş oldu ki, dünya bir rəngli, bir qütblü deyil, rəngarəngdir.
Hamını özünə oxşada bilməzsən, kainatı karbon qazında boğub rəngini avazıda
bilməzsən. Bəli, inkişaf etmisən, imkan ver digər dövlətlər də inkişaf etsin.
Yer planetinin missiyasını karbon emissiyalarınla dağıtmaq palanetə qarşı cəlladlıqdır.
COP29 bu fəlsəfədən çıxış edərək konfransın yekun mətnində
Qərbdən 1 trilyon istədi. Azərbaycan bütün dünyanın sözünü dedi, ortaya isə 250
milyard dollarlıq vəsait çıxdı. Əlbəttə utancvericidir. Bütün dünyanı karbon
qazı ilə zəhərləyən və qlobal iqlim fəlakətinə səbəb olan Qərbin bu davranışı
onların nə qədər cılız olduqlarını bir daha sübut etdi. Azərbaycan Fransa müstəmləkəsində
zülm çəkən ada dövlətlərinə qucaq açdığı halda Qərb dünyaya disrək göstərdi. Belə
Qərbə pərəstiş etmək, qərbpərvər olmaq hansı məntiqi izahla doğrudur? Sənin nəyinə,
harana meyillənim? Dünyanı trilyonluq bəlaya salıb, 250 miyard dollarla yaxa
qurtarmaq istəyən bir qütbə necə arxalanmaq, necə güvənmək olar? Arxa, güvənc nə
deməkdir, onu Azərbaycan göstərdi. 12 gün davam edən COP29 çərçivəsində təşkilatçılığın
yüksək səviyyəsindən bütün dünya razılıq etdi. Bir-iki sayt ürək bulandırmaq
istəsə də alınmadı.
20 faiz torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycana
qısqanclıqla yanaşan o bir neçə ölkənin o bir neçə xadimi çox çalışdılar COP29-u
gözdən sala bilmədlər. Hətta inkişafda olan ölkələrə dəstək kimi irəli sürdükləri
məbləği də sonda açıqladılar ki, əlavə müzakirələr üçün vaxt qalmasın.
Bütün dünyanı karbon qazı ilə zəhərləyən və qlobal
iqlim fəlakətinə səbəb olan Qərbin ödəyəcəyi məbləğin müzakirəsini açmağa
ehtiyac da yoxdur. Kainata nə qədər ziyan vurduqlarını özləri hamdan yaxşı
bilir.
COP29 BMT-nin tədbiridir, Azərbaycan sadəcə ev
sahibliyi etdi. Bu ev sahibliyi o dərəcədə möhtəşəm alındı ki, Azərbaycan
dünyanın sahibi kimi göründü. Bunu günah kimi ayağımıza yazmaq naqislikdir. 44
günlük hərbi əməliyyatı ilə 30 illik işğala son qoyan Azərbaycan Cənubi Qafqaza
sülh gündəliyi yaşada bilirsə, dünyanı iqlim dəyişikliklərinin fəsadından
qurtarmağa niyə də səy göstərməsin. Gücü var, sevgisi var, ərazisi bütöv,
suverenliyi əbədi. Elə bu amillərə görə də COP29-a ev sahibliyi etmək üçün yekdillikə
səs qazandı.
Qalib ölkə və növbəti COP29 qələbəsi. Qəbul edə bilmədilər.
35 ildə 350 illik yol keçən bir ölkənin uğurlarına qarşı iyrənc kampaniya
aparıldı. Hibrid müharibənin ən eybəcər formasının qarşısında belə, ölkəmiz
vüqarla duruş gətirdi. Özünü hegemon adlandıran dövlətlər görün hansı saman
çöpündən yapışdılar: “salatın qiyməti bahadır”, “şəhərdə itləri güllələyirlər”,
“məvacibimizi vermirlər”. Dünyanı triliyon söhbəti ətrafına yığan bir ölkəni bu
qədər cılız ittihamlarla atəşə tutmaq Qərbin olmayan nüfuzunu ayaqlar altına
atdı. Aykido effekti yaşadılar, öz fənləri özlərinə qarşı çevrildi.
Ermənistanı işğalçılıq siyəsətindən çəkindirə bilməyənlər
Azərbaycanın möhtəşəm qələbəsindən sonra iki ölkəni tələm-tələsik sülh müqaviləsinə
sürükləməklə özlərini sülhpərvər kimi göstərmək istədilər. Deyirlər, Baydenin
könlündən Nobel keçirmiş. Lap alsa nə olacaq ki… Qorbaçov da Sülh Nobel
mükafatı almışdı, tarixə qaniçən kimi düşdü. Yaxası Nobel istəyən Bayden və onun
Qərb atı Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş erməni
quldurlarının azad olunmasını tələb edirlər. Arzuya baxaq, ay Makron, rəngi
başına çırpılan yumurtadan da sarıdır. Bu arzu saralıb, solub, çox güman sizin
də xəbəriniz var. Yoxsa ki, növbəti bicliyə əl atmazdınız, Azərbaycanın
neft-qaz sənayesini sıradan çıxarmaq, Qarabağ ermənilərini yenidən qaytarmaq və
xalqımız üçün yeni terror və separatizm yuvası qurmaq istəməzdiniz.
Alınmadı. Necə 44 günlük müharibə dövründə göndərdiyiniz
jurnalistlərin qərəzli suallarına Ali Baş Komandanın səlis cavabları sizi silkələdi,
eləcə də COP29 konfransında hara əl atdınız, qopub üstünüzə gəldi.
Həqiqətn belə qalmaz. Qalmaz belə, qalmaz dünya.
Ukraynanı dağıtdınız, Fələstini məhv etdiniz, İraqı çökdürdünüz, Liviyanı qana
boyadınız, Suriyanı xarabalığa çevirdiniz, Tunisi kökündən ayırdınız… hələ də
bu kimi iyrənc siyasətinizi davam etdirirsiniz.
Bu gediş uzağa aparmır. Dünya insanı sizi COP29 çərçivəsindən
bir daha tanıdı. Dağıdrsınız və zibillərinizi yığışdırmaqdan boyun qaçırırsınız.
Dünyanın çölü yoxdur. Hara qədər qaçacaqsınız?
COP29-un COP30 saxladığı sualdır.
Ceyhun Musaoğlu
Jurnalist Ekkspert Mərkəzinin sədri