İlham Əliyev liderin dövləti uğura aparmasının əsl səbəbini Çin mediasından dünyaya bəyan etdi

Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Ölkə başçısı müsahibəsində Azərbaycanın indiki vəziyyəti və gələcəkdə həyata keçircəyi layihələr barədə maraqlı məqamlara toxunub. 

Bir dövlətin maraqlarının qorunmasında vacib olan amili "Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz" fikri ilə əsaslandıran Prezident COP29 tədbirinə ev yüksək səviyyədə ev sahibliyi etməyi nümunəvi hadislərdən biri kimi dəyərləndirib və bildirib ki, təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi.

Azərbaycan bu işin öhdəsindən uğurla gəldi. Əlbəttə ölkənin uğurlarını həzm edə bilməyən imperialist təfəkkürlü ölkələr də var. Elə o ölkələrin obyektivlikdən uzaq davranışının nəticəsidir ki, Az'rbaycan Ümumdünya Ticarət Təşkilatının üzv ola bilməyib. Prezident deyib: "Proteksionizm, ikili standartlar, tariflər - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir".

Ölkə başçısı əlavə olaraq vurğulayıb ki, biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.

Azərbaycanın artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşdiyini xatırladan ölkə başçısı Qlobal Cənubun tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözlədiyini söyləyib.

İlham Əliyev rəhbəri olduğu ölkəsinin böyük uğurlarına səbəb olan faktlardan bir neçəsini qeyd edərək bildirib: “Sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq”.

İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanın bizim layiq olduğumuz yerə gətirib çıxardığını diqqətə çatdırıb.

Bir çöx cəmiyyətlərin müqavimətlərinin səbəbini imperialist keçmişi olan ölkələrin davranışları ilə əlaqələndirən Prezident onların müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istədiklərini, bu səbəbdən təbii müqavimətlə üzləşdiklərini deyib.

İlham Əliyev Azərbaycanla ABŞ-ın yeni qurulacaq münsibətlərindən söz açıb: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Dünyanı böyük təhlükələrin caynağından qurtarmaq olarmı? Prezident dünyanın təhlükəsizlik içərisində yaşamaq ehtimalının böyük olduğunu açıqlayıb: “Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

Çin və ABŞ rəhbərlərinin yenidən təmaslar qurmaq istəklərini isə ölkə başçısı dünya üçün çox yaxşı bir xəbər kimi dəyəriləndirib.

Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünün bütün ölkələr üçün əlavə imkanlar yaradacağını bildirən Prezident Azərbaycandan olan yerli şirkətlərin Çin texnologiyasından istifadə etdiklərini xatırladıb: “Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".

Müsahibədə enerji kabelinin çəkilməsindən söz açan İlham Əliyev COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə belə bir kabelinin çəkilməsi barədə  müqavilə imzalandığını diqqətə çatdırıb: “Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq”.

Azərabycanla Çin arasında olan münasibətin xalqlar səviyyəsinə yüksəldiyi də müsahibədən bird aha aydın olur. “Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq” – Prezident belə deyib.

Müsahibədə liderlik xüsusuiyyətləri və onların tətbiqi mövzusunda danışan İlham Əliyev liderin həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmasının vacibliyini vurğulayıb: “Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. İctimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin”.

Azərbaycan kimi. Azərbaycanlıların dövlətə olan münasibətləri kimi. Səmimiyyət haqqın qələbəsinin açarıdır.

Ölkə başçısı xalqına həmişə doğrunu dedi. Bu da nəticə. Prezident müsahibəsində nəticəni belə dəyərləndirib: “17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik”.


Jurnalist Ekspert Mərkəzi