Bu qaydalar əvvəlkilərlə müqayisədə daha ədalətlidir Nazirliyin şöbə müdiri - Video + Foto

Jurnalist Ekspert Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyta keçirdiyi , "Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsinin icrasına başlayıb. 

2 ay müddətində gerçəkləşən layihə çərçivəsində internet televiziyası olan Missiya TV-nin təşkilati dəstəyi ilə 6 veriliş hazırlanıb. 

Sentyabrın 1-dən başlayan layihənin əsas məqsədi şəhid ailələri və qazilərin hüquqlarının təşviqindən ibarətdir. Verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri Ceyhun Musaoğludur. 

Layihənin ilk qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şöbə müdirinin müavini Pərviz İbrahimli olub. 

Həmin verilişi təqdim edirik: