Öncə gen, sonra mühit, ardından sevgi qarışıq peşəkarlıq - Kərim Kərimli günü + Fotolar

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə tanınmış jurnalist, Qarabağ və Şuşa mövzusunun tədqiqatçısı, yazıçı və publisist Kərim Kərimlinin 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbirdə jurnalistin dostları, həmkarları, iş yoldaşları, əzizləri xoş sözlərini deyiblər. 

Xatirələrin hamısı Qarabağ ruhlu olub. Kərim Kərimlini gəzən Şuşa kimi tərənnüm ediblər. 

Kərim Kərimlinin fəaliyyəti barədə rəsmi məlumatı MŞ sədri Rəaşd Məcid səsləndirib. 

Jubliyar ona verilən bu qiymətin əvəssiz olduğunu dilə gətirib. Ona bu yaşı verməyənlərə "Şuşasız günlərdə Tanrı məni bir qədər zəif sürətlə yaşatdı ki, Şuşanın işğaldan azad olunmasını görə bilim". 

Çıxışçılar belə zəngin, səliqəli və mədəni yaşadığına görə Kərim Kərimlinin milli əqidəsinə əhsən deyiblər. 

Öncə gen, sonra mühit, ardından sevgi qarışıq peşəkarlıq Kərim Kərimlinin adlı və sanlı olmasında mühüm əhəmiyyət kəsb edib. 

Jubliyar jurnalistin qızının "Mən atam kimi yaşamaq istədiyimə görə xoşbəxtəm" ifadəsi nurlu görüşün nida əhəmiyyətli akkordu olub. 

Jubiley tədbirində Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da iştirak edib.