About

Yaranma tarixi

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) 2007-ci ildə yaradılıb. 2011-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

JEM-in məqsədi:

Jurnalistikanın təməl prinsiplərinin qorunmasına, inkişaf etdirilməsinə, müasir tələblərə uyğunlaşdırılmasına dəstək olmaq, jurnalistin hadisələrə ekspert səviyyəsində yanaşmasına təcrübədə yardım göstərmək.

Təsisçiləri:

1.Ceyhun Musa oğlu Musayev
2.Elnarə İbrahim qızı Musayeva

İdarə Heyətinin sədri:

Ceyhun Musa oğlu Musayev

İdarə Heyətinin sədr müavini:

Nicat Sakit oğlu Hüseynov

İdarə Heyətinin üzvləri:

1.Ceyhun Musa oğlu Musayev


2.Nicat Sakit oğlu Hüseynov


3.Elnarə İbrahim qızı Musayeva


4.Kənan Vüqar oğlu Novruzov


5.Elvin Mirövsət oğlu Hətəmov


6.Abbas Əbdüləli oğlu Əliyev


7.Eldar İqbal oğlu Orucov


Təşkilatın 70-dən çox üzvü var və say mütəmadi olaraq artan xətt üzrə dəyişir.

Üzv olduğu təşkilatlar:

- Azərbaycan Mətbuat Şurası İdarə Heyəti - İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması(MSŞA) QHT Koalisiyası - Açıq Hökumətin Təşviqinə Dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platforması

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr:

- 2012-ci il: Beyin mərkəzlərinin bir araya gətirilməsi - 2013-cü il: İmtiyazlı təbəqənin problemlərinin mətbuata çıxarılmadan həllinə dəstək - 2014-cü il: Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq" - ingilis dilində hekayələr kitabın nəşri - 2015-ci il: DİQQƏT! Düşmən mətbuatıdır - 2016-cı il: Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi - 2017-ci il: Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi - 2018-ci il: Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" - jurnalistlər üçün məlumat kitabçasının nəşri - 2020-ci il: Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir - 2022-ci il: Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir - verilişlərin hazırlanması
Təşkilatın rəsmi veb saytı: Mediaekspert.az