İmici zədələnən iri məmurun jurnalistikaya qalib gəlməsinə şərait yaradırıq

Olmaz. Xüsusən məmurdan açıqlama alanda ona "sosial şəbəkələrdə yazılanlara münasibətinizi öyrənmək istəyirik" məzmunlu sual ünvanlamaq olmaz.
Səbəb:

1.Sosial şəbəkə media deyil, nə qanunu var, nə qaydası, prinsipi heç yoxdur. Nəyi necə bildi yazır, yayır. Jurnalistikanın təməl şətlərinə əməl etmir, etməli də deyil.
2.Məmur tam həqiqət olduğu təsdiqlənməyən məlumata cavab verə bilməz, əks təqdirdə qanunu, qaydanı, funksiyasını pozmuş olar.
3.Media nümayəndəsi ciddi mətbuatın yazdığını kənara qoyub sosial şəbəkəyə istinadla sual verirsə, təmsil etdiyi peşəkar jurnalistikanı diletantlıq səviyyəsindən də aşağı tərzə malik qeyri-jurnalistikaya uduzdurur.
4.Jurnalist məmurun fövqündə dayananda ona yaraşan yerdə məkan etmiş sayılır. Sosial şəbəkələri istinad nöqtəsinə çevirəndəsə, məmurun dayandığı müstəviyə düşür. Sosial şəbəkələr andeqraunt məhsuludur.

Qeyd: Həmin məmurun cavabı: "Biz sosial şəbəkələrlə məşğul deyilik, istintaqla məşğuluq".

Daha bir qeyd: Həmin yüksək vəzifəli məmurun ictimai nüfuzu daim hədəfdədir. Təəssüf, jurnalist sosial şəbəkə istinadı ilə o məmurun irad səsləndirməsinə şərait yaratdı, beləlklə zədələnmiş ictimai nüfuzun qismən amiranə görünməsi hadisəsi baş verdi.

Demək olar, məmur media üzərində qalib kimi göründü.

Mediamonitorinq Qrupu