Tramp - CNN davası yenidən alovlandı - Qadağa

ABŞ Prezidenti Donald Tramp CNN, MSNBC və “Politico”nun jurnalistlərinin Ağ Evə girişini qadağan edib.

"Mediaekspert" “Qafqazinfo”ya istiandən xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkə platformasında məlumat verib.

Tramp onları administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib.

“ABŞ Prezidentinin, Tramp administrasiyasının və ya Amerika Birləşmiş Ştatlarının fəaliyyətini işıqlandırarkən medianın daim uydurma hekayələr və yalanlar yaymasına yol verilməməlidir”, - deyə o yazıb.

Amerika lideri xəbərdarlıq edib ki, digər “saxta xəbərlər” yayan media qurumlarının da aqibəti eyni olacaq.

Ağ Evin Prezident sahibi CNN və digər bir neçə media orqanı ilə konflikt yaşaması ilk dəfə deyil.