Tanınmış jurnalist cütlüyün qızı Avropa İttifaqının 1 nömrəli universitetinə qəbul oldu - Foto

Tanınmış jurnalistlər Yadigar Cəfərli və Zəminə Əliyeva cütlüyünün qızı Kamila təhsil sahəsində böyük uğura imza atıb.

Modern.az-ın məlumatına görə, Kamila Almaniya və Avropa İttifaqının 1 nömrəli universiteti olan Münhen Texniki Universitetinə (TUM) qəbul olunub.

Qeyd edək ki, Yadigar Cəfərli Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi, Zəminə Əliyeva isə Energetika Nazirliyinin sabiq mətbuat katibi, hazırkı müşaviridir.