Media və Yayım Şurasının sədri təyin olundu


Prezident İlham Əliyevin Sərəncamı ilə Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib.

Media və Yayım Şurasının sədri, İsmayılov Əhməd Məhəmməd oğlu, üzvləri Abdullayev Məhəmməd İzzət oğlu, Bəşirli Aynur Əliövsət qızı, Kərimova Rəqsanə Tofik qızı, Məmmədov Fərhad Rauf oğlu, Nadirov İlkin İlqar oğlu, Novruzov Fazil Hacıverdi oğlu təyin olunublar.