Azərbaycan – Tacikistan dostluğunun İrana hikmət dərsi Şərh

Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət kursunda dostluq və qonşuluq münasibətləri leytmotiv hesab olunur. Prezident İlham Əliyevn  aprelin 5-də Tacikistana rəsmi səfəri çərçivsində yüksək səviyyədə qarşılanması, keçirdiyi görüşlər, imzaladığı sənədlər, hətta yola salınma mərasiminin xüsusiliyi rəsmi Bakının dostluq və qonşuluq siyasətində sadiqliyinin gerçək nəticəsi, ölkənin nüfuzunun təcəssümüdür.


Bu səfər Azərbaycan Respublikası Prezidentinin Tacikistana beşinci səfəridir. Azərbaycan Prezidenti son olaraq 2018-ci il sentyabrın 27-28-də Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının toplantısında iştirak edib.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşündə dost ölkənin başçısı xalqlar arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri olduğuna diqqət çəkib. Görüşün ilk ifadəsinin bu məzmunda olması təsadüfi deyil. Emoməli Rəhmon İlhama Əliyevin ölkələr arasındakı münasibətlərdə tarixi bağlılığa, xalqlar arasındakı xoş ünsiyyətə böyük önəm verdiyini yaxşı bilir. Ötən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir. İki ölkə arasındakı bəzi statistik məlumatlara diqqət kəsiləndə Tacikistan Prezidentinin “Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk” deməsinin dərin köklərə söykəndiyi bir daha məlum olur.


Bu da həmin statistika: 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. 2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində aşağıdakı “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədəd” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir.

2023-cü il mayın 1-dən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır.


Prezident İlham Əliyev də dünənin nəticəsi olan bu günün sabahına inandığını bu fikirlərlə səsləndirib: “Siz də qeyd etdiyiniz kimi ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var”.  

     

Həmin gələcək Azərbaycanla – Tacikistan arasında imzalamış ikitərəfli sənədlərlə qarantiya alınmış oldu.