İnternet TV-nin sahibi saxlanıldı

Hüquq-mühafizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb saxlanılıb.

Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.