Dövlət Təhlükəsizliyi Xidmətinin “Hürriyyət” və “Futbol+” qəzetlərinin redaksiyasında keçirdiyi əməliyyat çərçivəsində media orqanının daha bir əməkdaşı saxlanılıb.
Teleqraf-ın məlumatına görə, sözügedən orqanla əməkdaşlıq edən “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, əməliyyat ilkin olaraq həyata keçirilən zaman “Hürriyyət” qəzetinin və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında məhkəmə V.Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçib.







