Qarabağdakı
separatçı rejim Rusiya sülhməramlı komandanlığı vasitəsilə Azərbaycan nümayəndələri
ilə sonuncu görüşün keçirildiyi yerdə – Xocalıda yenidən görüşməyə hazır
olduqları barədə Bakıya təklif göndərəndən bir neçə saat sonra Laçın istiqamətində
qanlı savaş yaşandı.
Azərbaycanın
Qarabağ ərazisində gizlənən erməni terrorçular növbəti dəfə canlı qüvvə və ağır
texnikanın cəmlənməsi prosesini həyata keçirməyə başladılar. Təbii ki, Azərbaycan
öz ərazisinə ciddi nəzarət edir və bu təxribat cavabsız qala bilməzdi. Nəticədə
3 gizirimiz şəhid oldu, yaralılarımız var. Terrorçulardan gəbərənlərin sayı
xeylidir, Ermənistan mətbuatı itkilərini gizlətməyə çalışır.
Ermənilər
tarix boyu səmimiyyətdən uzaq olublar. Vətən müharibəsindən sonra Xocalıda ilk
görüş təklifini rəsmi Bakı vermişdi. Görüş oldu. Ardından iki dəfə Bakıda görüş
təklifi yenə Azərbaycan tərəfdən gəldi. Birinci təklif qəbul olunmadı, ikinci təklifə
verilməli olan cavabdan xəbər çıxmadı.
Bu
da prosesin 4-cü mərhələsi: Azərbaycan vətəndaşları olan erməniləri faktiki həyat
girovluğunda saxlayan Qarabağda məskunlaşmış və hələ də mif-in yelləncəyindən
asılı qalan dəstə qarşı tərəflə Xocalıda növbəti dəfə görüşmək istəyini bəyan
edir və saatlar sonra murdar hadisə baş verir. Bu hərəkətin adını Ermənistanın
baş naziri Nikol Paşinyan qoya bilərmi? Bu hərəkətə hansısa ad tapmaq
mümkündürmü?
Haşiyə
çıxım: Azərbaycan Prezidenti qələbədən sonra Xudafərin qəsəbəsində olarkən eyni
adlı körpünü göstərib “Xudafərin dostluq körpüsüdür” demişdi. İranın münasibətisə
erməniləşmiş cavab oldu: ölkəmizdə “din” pərdəsi altında casus şəbəkəsi
formalaşdırmaq, Tehrandakı səfirliyimizdə terror törətmək, millək vəkilimizə
güllələr yağdırmaq, 40 milyonluq azərbaycanlıların hüquqlarını vəhşicəsinə tapdamaq,
işğalçıya, terrorçuya dəstək göstərərk qardaşlıq bağları qurmaq…
Rəsmi
Tehran və rəsmi İrəvan eyni xislətə sahib siyasətə malikdirlər, elə ona görə də
taylı-tayını tapıb.
Azərbaycan
Ordusunun son zamanlar həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində nəzarətə
götürülən strateji yüksəkliklər və yollar Qarabağda fəaliyyət göstərən
separatçı rejimin nəfəsliyini kəsib. Dünənki əməliyyatda quldurların Azərbaycan
əsgərinin daban səslərini eşidib qaçmaları da reallığın təsdiqidir.
Qarabağda
yaşayan ermənilər Azərbaycanın şərtlərini qəbul edərək bölgədə qalıb yaşamaq istəyirlər.
Onları girovluqda saxlayaraq Azərbaycan sərvətlərini talayan quldur dəstə bu
istəyin gerçəkləşməsinə imkan vermir. Qalib ölkənin Ali Baş Komandanı məsələnin
nidasını qoyub. Separatçı rejim ya oranı tərk edəcək, ya da ordumuzun keçirəcəyi
antiterror əməliyyatları nəticəsində məhv olacaq.
İkinci
görüş təklifinə yox deyən, üçüncü təklifə cavab verməyən separatçı rejimin
başında dayananların “gəlin Xocalıda görüşək” xahişi Qarabağda yaşayan erməni əhalinin
get-gedə artan narazılıqlarının və Azərbaycanın qətiyyətli mövqeyinin təzahürüdür.
Təəssüf
ki, bu təklifdə də erməni xisləti qabarıq görünür. Azərbaycan nümayəndələri öz ərazisində
yaşayan sakinlərlərlə niyə Rusiya sülhməramlılarının komandanlığı vasitəsilə ilə
görüşməlidir? Ermənistan razı olarmı, azərbaycanlılarla Qafanda görüşü məsələn,
fransızlar təşkil etsin?
Azərbaycan
görüşün Qarabağda keçirilməsi
təklifini qəbul etməyəcək. Birinci dəfə görüşü Xocalıda keçirmək ona görə
alındı ki, tərəflərin ilk təması idi. Rəsmi Bakı uzatdığı sülh əlinin açıldığını
daha dəqiq göstərdi. Göstərdi ki, daha o əl yumruğa çevrilməyə bilər, yetər ki,
özünüzü insan kimi aparın, vəhşi kimi yox.
Paşinyanın
sülh sazişi ilə bağlı ziddiyyətli açıqlamalarını dinləyəndə siyasi çaşqınlıq işərisində
olduğu açıq görünür. Təbii ki, onun belə davranışı Qarabağdakı separatçılara da
təsir edir və onlar da rəhbərləri ilə eyni aqibəti bölüşürlər. Erməni baş
nazirin provokasiya xarakterli mövqeyi terrorçuları arxayınlaşmağa sürükləyir. Avropa
İttifaqının Ermənistana göndərdiyi missiya da erməni hökümətini
arxayınlaşdırıb. Hələ Qarabağdan qaçmamışdan əvvəl qondarma rejimin əsas
fiqurlarından olan Vardanyan BBC-yə müsahibəsində ABŞ-ın, Fransanın, Rusiyanın
onları dəstəklədiyini demişdi. Həmin ərəfədə Avropa İttifaqı Ermənistana
missiya göndərməyə hazıraşırdı. Hələ bu missiyanın havası quldurbaşını
havalandırmışdı. Sonda elə o hava da onu uçurdaraq itkin saldı.
Avropa,
Qərb, beynəlxalq təşkilatlar yaxşı bilirlər ki, 30 illik işğala 44 günə son
qoyan Azərbaycan silahlı erməni törtüküntülərini Qarabağdan təmizləyəcək, sadəcə
hələ ki, merkantil siyasətə sadiqlik nümayiş etdirirlər.
“Qarabağ
Azərbaycandır!” nidası Azərbaycanın hər qarış torpağında dövlətin dayağına
çevrilib. Bu nida ox olub quldurların ürəyinə də saplana bilər, necə ki,
saplanır, öz mahiyyətinə əsaslanıb, dayaq rolunu oynayaraq erməni əhalisinin
rifahına da xidmət edə bilər, necə ki, sovet dövründə ermənilər Azərbaycanda
xoşbəxt yaşayırdılar. Seçim Paşinyanındır. Vaxta lap az qalıb.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri