İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşündə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxış edib.
Təbii ki, Azərbaycan Prezidentinin bütün çıxışları konseptual
xarakterlidir, gələcəyə yönəlmiş yol xəritəsi adlandırılmağa layiqdir.
Bu dəfə də müxtəlif məzmunlu və eyni mahiyyətli, dərəcəsinə görə yüksək əhəmiyyətli bir nitqin şahidi, dinləyicisi olduq.
Prezidentin çıxışının mənzərəsini təşkil edən dayaq nöqtələrini düz
xətt boyunca düzəndə həqiqətən gələcəyə uzanan hamar yol görürük. Buyurun, o
yolu siz də seyr edin, o yol Azərbaycanın yoludur. Gedəcək, hədəfinə çatacaq.
Azərbaycanın
Qoşulmama Hərəkatına rəhbərlik dövründə verdiyi töhfələr:
- “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv
ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
-
Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə
çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal
səyləri birləşdirdi.
- Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti
2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi
ilə nəticələndi.
- “Peyvənd millətçiliyi”nə güclü etiraz nəticəsində bütün ölkələr
üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul
edildi.
-
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı
yaradıldı.
- Qoşulmama Hərəkatının qadınlar platforması yaradılması üzərində
iş gedir.
-
Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti
sammitini uğurla təşkil edildi.
- Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli
qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı
maliyyə və humanitar dəstək göstərildi.
- Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində
könüllü yardım verildi
- Beş ölkə peyvəndlə təmin olundu.
-
Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı
dəstəkləmək üçün iki qlobal çağırış elan edilib, ilk donor kimi hər iki çağırış
üçün bir milyon ABŞ dolları ayrıldı.
Qoşulmama Hərəkatının görməli olduğu vacib işlər:
- “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmaq,
suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə
müdaxilə hallarına qarşı çıxmaq, dünya məsələlərində daha ön mövqedə olmaq.
-
Keçmişin qalığı olan BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına, coğrafi
baxımdan daha ədalətli olması üçün tərkibinin genişləndirilməsinə çalışmaq.
- BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer
verilməsini təmin etmək.
- Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika
İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə
rotasiya əsasında yer almaq.
-
Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının neokolonializmə
qarşı qətiyyətlə mübarizə başlaması və onun tamamilə aradan qaldırılmasına
töhfə vermək.
-
Fransanın neokolonializmi siyasətinə qəti etiraz etmək. Fransanın Avropadan
kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqları
olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaq.
-
1,5 milyona yaxın əlcəzairli qətlə yetirən və Paris muzeyində əlcəzairli azadlıq
döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlayan Fransa
dövlətini bu, utancverici və iyrənc hərəkətinə son qoymağa çağırmaq, Emmanuel
Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməyi tələb etmək.
-
“Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni
mənfur təcrübəni tətbiq etməyə çalışan, bir neçə nüvə silahı sınağı keçirərək
qlobal səviyyədə ətraf mühitin deqradasiyasına, yerli icmalarda ciddi sağlamlıq
problemlərinə səbəb olan Fransanın müstəmləkə keçmişinə, qanlı müstəmləkə
cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika,
Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməsinə nail olmaq.
-
Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən
qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir.
Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı
“hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini
ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləmək.
-
Korsika dilinə qadağa qoyan və etnik azlıqlar konsepsiyasını qəbul etməyən,
lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi
kimi göstərməyə çalışan Fransanın riyakarlığını və ikili standartlarını ifşa
etmək.
-
Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın
zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq bildirmək.
- Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması,
təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması
tamamilə məsuliyyətsizlik olduğunu, qəbulolunmazığını bəyan etmək, hadisəni
kəskin pisləmək.
Ermənistanın dövlət səviyyəsində
yürütdüyü vəhşilik siyasətinə qlobal etirazın vacibliyi:
30 illik işğala son qoyuldu, Ermənistan kapitulyasiya aktını
imzalamağa məcbur oldu, Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa
etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin
icrasını təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin
zəfəridir. Buna baxmayarq, ərazilərimizi viran qoyan, tarixi, dini, mədəni abidələrimizi
yerlə-yeksan edən, sözün əsl mənasında daşı-daş üstündə qoymayan, bu gün azad
olunan əraziləri işğal dövründə kütləvi minalarla çirkləndirən, hazırda
Qarabağın bəzi ərazilərində gizlənərək Azərbaycana qarşı terrorçuluq edən ermənilərin
və onların dövləti sayılan Ermənstanın Birinci Qarabağ müharibəsi nəticəsində
işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə
yaxın itkin düşmüş azərbaycanlının taleyinin müəyyənləşdirilməsinə imkan
verməməsinə qlobal səviyyədə etiraz etmək.
-Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa
məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi
Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalması Cənubi
Qafqazda sülhün yaranmasına böyük əngəldir. Bu mənada beynəlxalq aləm bölgədəki
erməni hərbi və yarımhərbi elementlərin tərk-silah edilməsinə nail olmaq.
-
3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış Azərbaycanın əsas
hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin
açılmasına mane olan Ermənistanın bu hərəkətinin beynəlxalq aləmə böyük zərər
vurduğu dünyaya faktlarla göstərmək.
Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının beynəlxalq aləmə
qlobal təsirinin yüksək səviyyəsi danılmaz xarakter alıb. Qoşulmama Hərəkatı dünəndən
sabaha ışıq yolu çəkir.
Ceyhun
Musaoğlu
Jurnalist
Ekspert Mərkəzinin sədri