Bazar xislətindən azara düşən Avropa Birliyi Qarabağ xəcaləti yaşayır

Prezident İlham Əliyevin haqlı olaraq imtina etdiyi Qranada görüşündə belə, Ermənistanın baş nazirinin 86,6 min kvadrat kilometr ərazinin əksini tapdığı bəyannaməyə imza atdığı halda Avropa Parlamenti Avropa İttifaqını Azərabaycana qarşı sanksiya tətbiq etməyə çağırıb. 

Səbəbləri də məhz siyasətləri kimi paradoksaldır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda cəmi 24 saat ərzində həyata keçirdiyi antiterror tədbirlərini və onun bu gün gül açan nəticələrini alqışlamağa borclu olan Avropa Parlamenti Aİ-ni qətnamə qəbuluna sürükləməklə Qranadada təmsil olunnan 3 Avropa nümayəndəsinin “ərazi bütövlüyü” bəyannaməsinə atdığı imzaları da aşağılamış oldu.

İspaniyanın Qranada şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan iştirak edib. 

Vəziyyətə baxın: Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişel 86,6 min kvadrat kilometr ərazinin Azərbaycanın olduğunu təsdiləyən sənədə imza atır, AP-sa onun rəhbərlik etdiyi Şuradan tələb edir ki, Azərbaycanın həmin 86,6 min kvadrat kilometr ərazinin içərisində terrorçuları zərərsiləşdirməsi, erməniəsilli vətandaşları girovluqdan xilas etməsi, onların yeni qaydalarla məskunlaşması tədbirlərini pisləyən sənəd qondarsın. 



Lap şeytan xislətli tələbdir. Lap, lap çaşqın adamların qərarıdır, bir-birinə hörmət etməyən insanlar toplusundan ibarət bir ittifaqın yaradıldığının təsdiqidir. 

Avropa Parlamentinin adı o qədər korrupsiya əməllərində hallanıb ki, o qurumda təmsil olunan avroparlamentarilərin bir-birindən rüşvət almadıqlarına, özlərini “ver, sənin marağını müdafiə edim” ifadələrinə bulaşdırmadıqlarına inanmaq olmur. 

İnternetdə AP haqqında axtarış aparanda ilk qarşıya çıxan neqativ məlumatlar olur. Onların arasında cinayət tərkibli əməllərdən asılı qalan məlumatlar daha çoxdur. 

Heç bir sinxronluğa, tarixi ardıcıllığa, düzülüş şərtlərinə əməl etmədən axtarış sıralamasında ilk görünən xəbələrdən əsas hissələri xatırladaq: 

2022-ci il. Avropa Parlamentinin sədr müavini Eva Kayli Brüssel polisi tərəfindən saxlanılıb. Belçika Federal Prokurorluğu onun korrupsiya ittihamı ilə saxlanılması üçün sanksiya verib. 
Kayli futbol üzrə Dünya Çempionatının Qətərdə keçirilməsi üçün rüşvət qarşılığında nüfuz təmsilçiliyi etməkdə təqsirləndirilir.( https://www.capitalfm.co.ke/news/2022/12/belgium-makes-eu-parliament-arrests-in-qatar-corruption-probe/ ).

Bu, Eva Kaylinın adının hallandığı ilk rüşvət və korrupsiya qalmaqalı deyil. Avropa Parlamentinə (AP) Yunanıstandan seçilmiş Kayli Avropada fəaliyyət göstərən erməni lobbi qrupları ilə də sıx əməkdaşlıq edib. Bu qruplardan qanunsuz yollarla əldə etdiyi vəsaitlər mövzusunda media gündəminə düşüb. 

Digər həbs edilən şəxs Luka Visentinidir. O, keçən ay Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi seçilib. Təşkilat dünyada 200 milyondan çox üzvü birləşdirir.
Prokurorluğun məlumatıda o da qeyd edilir ki, saxlanılan şəxslər Körfəz dövlətlərindən birinin (adı açıqlanmır) “Avropa Parlamentinin iqtisadi və siyasi qərarlarına təsir etmək cəhdlərinə” yardım göstəməkdə, ortada vasitəçilik etməkdə şübhəli bilinirlər. 

Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili də daxil olmaqla 4 nəfəri həbs olunub. Belçika prokurorluğu bildirib ki, istintaqda olan bütün müttəhimlər Avropa Parlamentinin qərarlarına təsir göstərməyə imkan verən siyasi və strateji mövqelərə malik üçüncü şəxslərə külli miqdarda pul ödəməkdə və ya hədiyyələr verməkdə təqsirləndirilirlər. 



Kaili ilə yanaşı saxlanılanlar arasında Avropalı tərəfdaşın İtaliyalı müavini Pier Antonio Panzeri, Avropa Parlamentində köməkçi işləyən Kailinin ortağı Françesko Giorgi və qanunun aliliyi ilə bağlı fəaliyyət göstərən qeyri-hökumət təşkilatının direktoru Nikolo Fiqa-Talamanka da var.

Avropa Parlamentinin (AP) keçmiş vitse-prezidentlərindən olan yunan deputat Eva Kailinin də ittiham olunduğu korrupsiya istintaqında ələ keçirilən nağd pulun məbləğinin 1,5 milyon avro olduğu bildirilib.

2023-cü ilin iyun ayı. Avropa İttifaqının deputatı Andrea Cozzolino Belçikaya ekstradisiya edilib və ona Avropa Parlamentində pul pulu qalmaqalı ilə bağlı ittiham irəli sürülüb.

İtaliyanın sol mərkəzçi Demokratik Partiyasından olan Avropa parlamentarisi ictimai korrupsiya, cinayət təşkilatı və çirkli pulların yuyulmasında ittiham olunaraq, daha sonra “müəyyən şərtlərlə” əlavə araşdırmalar aparıldıqdan sonra sərbəst buraxıldığını bildirib.

Son onilliklərdə AB siyasətini sarsıdan ən böyük qalmaqal, Qətər və Mərakeşin Aİ assambleyasında qərarların qəbuluna təsir etmək üçün siyasətçilərə, parlament köməkçilərinə və qeyri-hökumət təşkilatlarına rüşvət verməsi ilə bağlı şübhələrdən qaynaqlanır.

Keçən ilin dekabrında Avropa Parlamenti korrupsiyanın qarşısını almaq və gündəlik işində şəffaflıq və hesabatlılığı gücləndirmək üçün 15 tədbir müəyyən etdi. Avropa Parlamentinin sədri Roberta Metsola 15 tədbirdən 11-ni ləğv edən 14 bəndlik plan irəli sürdü. Geniş şəkildə təsdiqlənmiş dekabr qətnaməsindəki öhdəliklərin əksəriyyətini bir kənara qoyub, onları bağlı qapılar arxasında müzakirə edilən planla əvəzlədi.



Avropa Parlamentini bürüyən korrupsiya qalmaqalı günü-gündən genişlənir və qalınlaşır.
Media xəbərləri, qapalı dinləmələr, sızdırılmış etiraflar, ittiham sövdələşmələri və cinayət hüquqşünaslarının itaətkar ifadələri partlayıcı və getdikcə daha çox qarışıq olan dastana yeni bükülmələr və dönüşlər əlavə edir.

Aİ-də elə AP-nın tayıdır. Hələ 2014-cü ildə Avropa Komissiyası araşdırmasının təqdimatına bu ifadələrlə başlayırdı:  Avropada korrupsiyanın səviyyəsi “başgicəlləndiricidir” və belə korrupsiya nəticəsində Aİ iqtisadiyyatına hər il 120 mlrd avro ziyan vurulur.

Bir təəssüfedici məqam həm də ondan ibarətdir ki, Aİ, AP və bu kimi beynəlxalq təsisatlar merkantil maraqlara böyun əyərək Avropa dəyərləri üzərindən xətt çəkir. Yəqin bu səbəbdəndir ki, konkret Azərbaycan misalında 30 il sözlərinin kəsəri, imzalarının urvatı olmadı. Azərbaycan bir Dəmir Yumruqla, bütün dünyanı silkələdi. 



Daşalar öz yerində oturmuşdur. Nə artıq bəyanata, nə artıq qətnaməyə, nə artıq bəyannaməyə ehtiyac var. Ərazi bəlli, əhali bəlli, niyyət açıq, əməl mübarək. Azərbaycanın Qarabağ mövzusunda masalarda müzakirə edəcəyi söhbət nidasıyla qapanıb. İndi masa arxasında oturmaq vaxtı deyil. İşğaldan azad olunan əraziləri minalardan təmizləmək, yurdları yenidən qurmaq, yaratmaq, Qarabağdakı etnik ermənilərin reintqrasiyasını təşkil etmək vaxtıdır. Nə sözünüz var, gəlin işləyə-işləyə danışaq. Əlinizi ağdan qaraya vurun. Siz də bir iş görün ki, sabah Cənubi Qafqazda yaranacaq sülhün Günəş effektli şüaları sizin də simanıza işıq saçsın. 

Ceyhun Musaoğlu