Azərbaycanla bağlı erməni müəllifinin hazırladığı hesabat necə obyektiv ola bilər?
ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı yaydığı illik hesabatındakı qərəz vulkanının qapısını bağlayacaq sual budur.
Hesabatın Azərbayacana aid olan hissəsini dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan hazırlayıb.
“Bizim atalar deyir, aşıq gördüyünü çağırar”. Aşbaxyan təsəvvürünə Ermənistanı gətirərək, Azərbaycan adına təsvir edib. Monoetnik erməni təmsilçisi, çox xalqlı və konfesiyalı ölkədə dini azadlıq çatışmazlığı ilə bağlı fikir söyləyirsə, onun səfsəmələrinin ayağını yerindəcə qırmaq vacibdir. Ziyanlı təfəkkür yeriməsin gərək – doğruluq naminə.
Xatırladaq və keçək hesabatdakı absurd nüansların digərlərinə. Erməni qadın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. Qaradərililəri məhz dini və iriqinə görə hər gün qətliama məruz qoyan bir ölkədən Azərbaycana baxanda, gözlər qərəz axatarırsa, Günəşə tuş gələr. Müxtəlif dinlərin nümayəndələrinin Azərbaycan məscidlərində mütəmadi vəhdət namazı qılarakən “dini azadlıqlar yoxdur” çamuru ilə hücum edənləri müxtəlif xalqların dini inancaları bağışlamaz. Kilsələrdən, sinaqoqlardan, monastrlardan, məbədlərdən ayıbdır.
Bakı erməni xalqına belə, diyarında yer verib. Əlbəttə diyarımızdan da kəsib Ermənistan adlı dövləti qonşuluğumuza gətirmişik. Gətirmişik ki, insan kimi davranmağı öyrənsin. Bacarmayıblar. Nasist xəstəliyi yaşayan erməni xalqının təmsilçisi Azərbaycandakı dinlərin vəziyyətinə baxış sərgiləmək məsuliyyətinin altına giribsə, oradan çıxmağı, çıxa bilməyib əzilməyi də göz önünə gətirəydi gərək.
Gətirə bilməzdi. Onun ölkəsi aqibətinin necə olacağını müəyyənləşdirə bilmədi, təmsilçisinin həqiqətən başı üçün deyil.
Hesabatdakı qərəz partlama halına düşüb sanki. Din mövzusundan dəxli olmayan “Abzas”a keçiblər, Qubad İbadoğlunun həbsini xatırladıblar. Bizim atalar demiş: “Dəliyə yer ver, əlinə bel ver”. Yaxşı ki, “Mehdiabaddan gələn avtobuslar niyə “Dərnəgül” metrrosunda yox, “Azadlıq” metrosunda dayanmırlar” sualını ünvanlamayblar, nə yaxşı “Azadlıq prospekti”ndəki piyada keçidinin üzərində sıralanan şəhid qəhrəmanlarımıza qoyduğumuz hörmət və diqqəti təftiş etməyiblər.
Əslində nə pis ki, bu təftiş onların ağlından keçməyib. Bəlkə də əsas cavablardan birini tapmış olardılar. Əbədiyyətə qovuşan şəhidlərin məhz dinsizliyə, dini azadlıqların pozulmasına qarşı müharibənin qəhrəmanları olduqlarını anlayardılar. Qarabağda dağıtdıqqları məscidlərdə donuz saxalayanlara “dini azadlıq” dərsini keçən və o bədbəxtləri tarixin küncündə saxlayan yeganə ölkə - Azərbaycana “dini azadlıq” ittihamı ünvanlamaq böyük naşılıq, cahil primtivlik, dərin savadsızlıq, xəstə qərəzlilik nümunəsidir.
Özünüzü bir daha dərindən tanıtdırdığınız üçün sizə minnətdarıq, ABŞ Dövlət Departamenti.
Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri