Filmin ssenari mətni əladır, rejissor işi də təqdirəlayiqdir. Amma mətn həqiqətən çox əla yazılıb. Həmkarım, Zaur Ehmedin, Seymur Şahbazzadənin istedadına, parlaq qələminə əhsən.
3 uşaqlı ailəsini, valideynlərini qaçqınlıq şəraitində olan yataqxanadakı dar mənzildə qoyaraq Vətənin harayına gedən 35 yaşlı QƏHRƏMAN Əhməd kişinin... KİŞİNİN oğlu Zaur kimi olmalıydı. Çox sağol, Zaur Ehmed, atanın, bütün əzizlərinin, elinin-obanın, biz həmkarlarının, jurnalistikanın, bütövlükdə İNSANLIĞIN başını uca elədin. Sənin kimi oğlu olan ata arxayınlıqla, sevərək şəhidlik zirvəsinə qalxmalıydı, büdrəmədən, gözü arxada qalmadan qalxamalıydı, QALXDI DA.
O zirvəyə qalxan şəhidlər, ucalığın ən uca nöqtəsindən əl uzadıb, 30 il idi bir dizi üstə yıxılmış Azərbaycanı da əbədi ayağa qaldırdılar. Biz nə möhtəşəm xalqıq, İlahi. Sən bu həqiqəti dəqiq bilirsən, ulu KAİNAT. Kaş biz də, xalq da özünün nə qədər möhtəşəm olduğunu görəydi, biləydi... Yenə vəzifə bizim - jurnalistlərin üzərinə düşür. Xalqımızın hansı qüdrətə malik olduğunu xalqımıza tanıtdıraq. Əhməd kişi bu müqəddəs missiyanı oğlu Zaura tapşırıb gedib. Mən də Zaur kimi olacam. Vətən naminə, dövlət və xalq naminə hər kəs eyni adamdır. ŞƏHİD ADAMIQ BİZ!
Şəhid Əhməd Məmmədovun anadan olmasının 65, şəhadətə yetməsinin 30 illiyi münasibətilə keçirilən "Şəhid Əhməd - Oğluma məktub" filminin təqdimatında ağlaya bilmədim, eləcə qırıq-qırıq hıçqırırdım. Kişi olmağın belə dərdi var. Filmə tək baxıb, kişi kimi ağlayacam, bəlkə ürəyim bir az rahatlıq tapa(.