''Xaytarak'' radikal qruplaşması Azərbaycanda nümayəndələrinin
olması görüntüsünü yaradaraq, Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.
Şəhidlər xiyabanında ermənilərə məxsus ''Xaytarak'' və
''Erməni Ari dövləti'' radikal quruplaşmasının emblemlərinin mobil telefonda əks
olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.
Bu təxribatın gerçəkləşməsi üçün təsadüfü şəxslər
seçilib və onlar sadəcə tora düşüblər.
Rusiya əsilli İtaliya vətəndaşı olan Yana Gutselyuk
saxlanılıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı
uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən Teleqramda turizm yönümlü
səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman
qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan ''Baku Siti''
restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul
ödəyəcəyini də bildirib.
Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib
ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında
Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir
nəfər tanımadığı şəxs Teleqram sosial şəbəkəsində yazıb ki, Şəhidlər
xiyabanından foto və video çəkib, ona göndərsin. Elena da Bakıda olan rəfiqəsi
Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər
xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.
Maariflənməməyin kobud və ziyanlı nəticəsi. Ümumiyyətlə
sosial platformaların daim təhlükə mənbəyi olmasının əsas səbəblərindən biri
ondan ibarətdir ki, biz ünsiyyət qurduğumuz şəxsin hansı yuvanın quşu olduğunu
bilmirik. Buna görə də, hər kəslə davranışlarımızda son dərəcədə qapalı olmalıyıq.
Xüsusən ermənilər və onlardan geri qalmayan başqa təxribatçılar
həmişə milliyyətlərini və şəxsiyyətərini gizlədirlər. Ümumiyyəytlə, şəxsiyyəti
gizlətmək şəxsiyyətsiziyə bərabər addımdır. Beləsi ilə qarşılaşcağınız təqdirdə
onu nəinki bloka atmaq və bu barədə izləyiciləri xəbərdar etmək məqsədəuyğundur.
Əgər bacarırıqsa, belə şəxsiyyətsizlər barədə
araşdırma da apara bilərik, üzləşdiyimiz vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanlarına,
əsasən də DTX-ya məlumat vermək təsirli yanaşmadır.
Əgər bizə göndərilən şəkillər və digər materiallara nəzər
yetirəndə dəqiqliyi ilə anlamırıqsa, bu barədə mütləq mütəxəssisə müraciət etmək
doğru olar. Belə materialları açmasaq daha yaxşıdır, çünki virusların hücumuna
məruz qalarıq.
Bizimlə ünsiyyətdə seçilən mövzulara da diqqət kəsilək.
Qarşı tərəf əsasən insanın, millətin həssas yerinə toxunur. Şəhidlər, Zəfər,
qazilər mövzusunda edilən müraciətlər insanın hisslərini coşdura bilər, sadəcə
həmin an unutmayaq ki, ermənilər, xüsusən də xaricdə yaşayan terror xislətliləri
hələ də düşmənçilikdən əl çəkmirlər. Qorxaqlar ən rəzil üsullara əl atarlar.
Erməni təxrtibatçılarının da üsulları bu dərəcədə iyrəncdir.
Bakı, Azərbaycanın digər rayonları turistlər üçün əlverişli
məkanlarla zəngindir. Yaxşı olar ki, ölkəyə gələn qonaqlara hava limanında bu
mövzuda xəbərdaredicii bukletlər verilsin. Bukletlərin hazırlanmasında DTX-nın
mütəxəssisləri, peşıkar proqramistlər, psixoloqların iştirakı vacibdir. Azərbaycanın
qonaqpərvərliyindən istifadə etmə cəhdləri əlbəttə ki, ləyaqətsizlikdir. Ancaq
hansı düşmən, hansı təxribatçı ləyaqətli olur? Heç biri. Qonaqlara ilk tövsiyə
bu olmaldır ki, kim sizə gəldiyiniz ölkə ilə bağlı sual verilirsə, susmağınız
daha məqsədəuyğundur.
Çəkdiyimiz mənzərələri seçərkən də ehtiyatlı olmaq
vacibdir. Fonda elə binaların görüntüsü diqqət çəkər ki, təxribatçılar bu
görüntülərdən məkrli məqsədlə isifadə edərlər.
Yaxşı olar ki, ixtisaslaşmış dövlət qurumlarının sosial
şəbəkə səhfələrini yaxından izləyək. Orada kiberhücumların xarakteristikası, onlardan
qorunmanın yolları barədə açıq və təsirli məlumatlar olur.
Qarşı tərəfin kimliyini dəqiq müəyyənləşdirçək üçün şablon
suallar da hazırlana bilər. O sullaraın cavablarından istər-istəməz şəxsin
kimliyi məlum olar.
Dövlətimizi eyni anda və birlikdə qorumaq vətəndaşlıq borcumuzdur.
Jurnalist Ekspert Mərkəzi