Türkiyədə keçirilən Prezident və parlament seçkilərinin
ilkin nəticələri açıqlanıb. Bülletenlərin 99,38 faizinin sayılması nəticəsində Cumhur
İttifakının namizədi Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səs, Millət İttifakının
namizədi Kemal Kılıcdaroğlu 44, 95 faiz səs toplayıb.
Sayılmaqda olan bülletenlərdən çıxan səslər əsas nəticəni
dəyişmək iqtidarında olmayacaq. Seçkinin ikinci tura keçməsi ehtimalı da var. Görünən
odur ki, birinci turda müxalifət lideri Kılıcdaroğlu uduzub. Təbii ki, ikinci
turda nəticələrin köklü şəkildə dəyişməsi ehtimalı çox azdır, bəlkə də sıfıra bərabərdir.
Türk xalqı bütün dünyaya nümunə olan demokratik seçkidə
öz sözünü dedi. Bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti demokratiya
beşiyi olduğunu həm seçkidən öncəki, həm seçki günü, həm də sonrakı mərhələdə
detalları ilə sübuta yetirdi.
Təbliğat-təşviqat prosesi açıq və sərt rəqabət şəraitində
keçsə də tərəflər qaydalara uyğun olmayan bir addım belə atmadılar. Səsvermədə
yüksək səviyyədə təşkil olundu. Vətəndaşlar mediaaya açıqlamalarında bəyan
etdilər ki, hələ Türkiyə tarixində belə səliqəli seçki keçirilməyib.
Öncədən də bəyan olunmuşdu ki, sandıqdan nə çıxsa,
namizədlər və onların dəstəkçiləri nəticələrə etiraz etməyəcək, vətəndaş
qarşıdurmasına rəvac verən hərəkətlər sərgiləməyəcklər. Hər şey türk dövlətinin
adına, şöhrətinə, nüfuzuna layiq səviyyədə baş tutdu. Türk xalqının seçkilərdə
milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi
anti-türk dairələrin niyyətini puça çıxardı.
21 illik Ərdoğan iqtidarının qalibiyyət viziti onun xalq
üçün etdiyi işlər oldu. Xalq Prezidentinə növbəti dəfə etimad göstərdi. Xalqın gözü
tərəzidir. Ərdoğan iqtidarının yürütdüyü siaysətin nəticəsidir ki, xalq ağı
qaradan məharətlə seçməyi, həm də açıq, şəffaf, demokratik seçimi ilə bacardı.
Rəcəb Tayyib Ərdoğna və onun rəhbərlik etdiyi Cumhur
İttifakına ilk təbriki qardaş Azərbaycanın Prezidenti ünvanladı. İki xalqın
sarsılmaz və səmimi qardaşlıq münasibəti hər addımda özünü göztərir. Azərbaycanda
əksəriyyət Ərdoğanın qalib gəlməsini gözləyirdi və bu nəticəyə də sevinir.
Siyasətində Azərbaycana qarşı tam səmimi qadaşlıq münasibəti göstərən Ərdoğanın
yenidən Prezident seçilməsi əlbəttə ki, Azərbaycanın tam xeyrinədir. Hələ
birlikdə görüləsi işlər çoxdur. Türkiyə ilə Azərbaycan qadaşlığının bu dərəcədə
yüksək səviyyəyə qalxması məhz İlham Əliyevlə, Rəcəb Tayyib Ərdoğanın prezidentliyi
dövrlərinə təsadüf edir. Qardaşlığı qorumaq və inkişaf etdirmək hər iki xalqın
siqq-ürəklə arzuladığı hadisədir. Türkiyə ikinci yüzilliyə yeni və güclü
mövqeyi ilə qədəm qoydu.
Qədəmləriniz mübarək, Türkiyə!
Jurnalist Ekspert Mərkəzi