ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD növbəti dəfə Gürcüstanda çirkin niyyətin gerçəkləşməsi istiqamətində fəaliyyətə başlayıb. Artıq Gürcüstan Parlamenti, DTX-sı USAİD-in bu ölkədə hakimiyyət çevrilişinə hazırlaşdığı ilə bağlı bəyanatlar yayıblar.
“Bu, Amerikanın Gürcüstana yardımı tarixində qara gündür.
USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Amerika xalqının pullarının niyə başqa
ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən
qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”, - Gürcüstan parlamentinin sədri
Şalva Papuaşvili deyib.
Bu bəyanatdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
brifinqi keçirilib və orada bildirilib ki, Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti
ilə USAID proqramı çərçivəsində Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət
və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda
olublar.
DTX iddia edir ki, onlar hökumətin devrilməsi prosesində həlledici
rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim keçiblər.
Bundan əlavə, Gürcüstan DTX sentyabrın 26-29-da Tbilisidəki
IBIS hotelində keçirilən təlimlərin materiallarının bir hissəsini dərc edərək,
yuxarıda qeyd olunan ittihamları sübut etdiklərini bildirib.
USAID-in yaranma tarixi barədə qısa məlumat:
Təşkilat İkinci dünya müharibəsindən sonra Avropanın yenidən
qurulmasına dair Marşal planından və prezident Trumen administrasiyasının
Dördüncü Bənd Proqramından sonra fəaliyyətə başlayıb. 4 sentyabr 1961-ci ildə
ABŞ Konqresinin qəbul etdiyi Xarici Yardım Aktına əsasən iqtisadi yardım
proqramlarını idarə etmək üçün agentliyin yaradılmasını nəzərdə tuturdu. Həmin
akta müvafiq olaraq 3 noyabr 1961-ci ildə prezident Con Kennedi USAID-in təsisi
haqqında sənəd imzalayıb.
USAİD yardım adı altında ölkələrin bir başa daxili işlərinə
qarışdığı üçün bir nemə ölkədən çıxarılıb. 2005-ci ildə USAID təmsilçiləri təxribatçı
fəaliyyətə görə Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və
Belarus öz ərazilərində USAID nümayəndələrinin fəaliyyətini dayandırıblar.
USAID uzunmüddətli iqtisadi və sosial inkişaf adı altında kənd
təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardım
kampaniyalarını gerçəkləşdirir. Artıq sübut olunub ki, ABŞ-nin əsas kəşfiyyat
orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata
keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir.
Təşkilat bir vaxtlar Azərbaycanda da xoşagəlməz niyyətlə əməllər
törətməyə cəhd göstərib. Mediaya dəstək adı altında 2014-cü ildə 2,4 milyon
dollarlıq qrant layihəsinin tətbiqində açıq qeyri-şəffaflığa yol verməsi təşkilatın
fırldağını üzə çıxarıb.
USAID Azərbaycanda medianın inkişafı ilə bağlı böyük bir
layihəni ictimaiyyətin diqqətindən gizlədib. Təşkilatın Azərbaycandakı ofisi
sözügedən elan barədə yalnız tenderdə qalib ola biləcək Qərbyönümlü bir neçə təşkilata
təxminən bir ay əvvəldən məlumat verib. Belə olan təqdirdə, USAID ilə nəzərdə
tutulan QHT-lər və media qurumları arasında qanunvericiliyə zidd razılığın əldə
olunması ehtimalı ortaya çıxır.
Qeyd edək ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikasının Qanununda QHT-yə ianə verən şəxsin həmin
ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla
maddi və sair nemət, hər hansı imtiyaz, güzəşt alması və ya tələb etməsi
qadağan olunub. Həmçinin, QHT-lər özlərinin maliyyə hesabatlarını da müvafiq
qurumlara mütəmadi olaraq təqdim etməlidirlər.
Lakin USAID-in medianın inkişafı ilə bağlı qrant layihəsini qeyri-şəffaf və rəqabətsiz
şəraitdə keçirmək cəhdi onu deməyə əsas verir ki, qrantın kimlərə veriləcəyi
qabaqcadan müəyyən edilibmiş. “Beşinci kolon” funksiyasını yerinə yetirən bəzi
media qurumları və QHT-lər isə alacaqları vəsaitdən ruhlanaraq antimilli təbliğatı,
xarici dairələrin maraqlarının müdafiəsini bir qədər də gücləndirəcəkmişlər.
Lakin yarıgizli qrant layihəsi barədə həqiqətlərin ictimailəşməsi USAID-in və
“beşinci kolon”un planlarını alt-üst edib. Bu səbəbdən də, qrant layihəsində
heç bir qurumun qalib gəlmədiyi elan olunub.
“Humanitar yardım”, “xeyriyyəçilik” pərdəsinə bürünən USAİD həm də qlobal
korrupsiya ilə məşğuldur. “Wall Street Journal”ın 2013-cü ildə apardığı
araşdırma nəticəsində Afrika qitəsində malyariya xəstəliyinə qarşı mübarizə məqsədilə
ayrılan yardımın bir qisminin təyinatı üzrə istifadə olunmadığı aşkara çıxıb.
Belə ki, USAID-in rəhbərlik etdiyi Malyariya Təşəbbüsü Proqramına 2006-2012-ci
illərdə ABŞ büdcəsindən 2,5 milyard dollar xərclənsə də, vəsait hesabına alınan
dərmanların heç də hamısının bölgə əhalisinə pulsuz çatdırılması təmin edilməyib.
İl ərzində qitəyə göndərilən dərmanların 20 faizi cinayətkar şəbəkələrə ötürülərək
qara bazarda 60 milyon dollar dəyərində satılıb.
Vəziyyətlə əlaqədar ABŞ-ın hökumətə bağlı “Judicial Watch” nəzarət qrupunun rəhbəri
Tom Fitton yerli telekanallardan birinə müsahibəsində dövlət proqramı olan
USAID-in xarici yardımlarla bağlı fəaliyyətinin əsasən korrupsiyalaşdığını
etiraf edib: “Yardımın 20 faizi yoxa çıxıb. Əgər bu, özəl sektorda baş versə
idi, (proqram) çoxdan bağlanmış olardı”.
Həmçinin, araşdırmalar nəticəsində Haitidə 2010-cu ildə baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 3 il ərzində ayrılan vəsaitlərin necə xərclənməsi ilə bağlı da bir çox qaranlıq məqamlar üzə çıxıb. ABŞ Hökuməti Hesabatlılıq Ofisinin 2013-cü il yoxlamalarının nəticəsinə görə, ABŞ-dan Haitiyə yönəldilən 1,14 milyard dollarlıq vəsaitin yarısı israf olunub və ya uğursuz layihələrə xərclənib.
Ofisin 2006-cı il təftişinin nəticəsində isə məlum olub ki,
USAID-in Kubada demokratiyanın təşviq olunmasına xərclədiyi 74 milyon dollar vəsaitin
demək olar ki, hamısı rəqabətli tender və nəzarət olmadan bölüşdürülüb və nəticədə
kütləvi fırıldaqçılığa və israfçılığa yol verilib. Araşdırmalardan da göründüyü
kimi, vəsaitlər hesabına kompüter oyun cihazlarının və proqramlarının, dəri
kürklərin, dağ velosipedinin alınmasının Kubada demokratiya quruculuğuna hansı
“töhfələri” verdiyi maraq doğurur.
Əfqanıstanda bərpa işlərinə nəzarət edən Əfqanıstanda Yenidənqurma üzrə Xüsusi
Baş İnspektor Ofisi (SIGAR) ötən ilin sentyabrında yaydığı hesabatda bu ölkənin
dövlət səhiyyə proqramına ayrılan milyonlarla dollar həcmində ABŞ vəsaitinin
“israf olunma, fırıldaqçılıq və sui-istifadə” təhlükəsi altında olduğunu bəyan
edib. Hesabatda deyilir ki, vəsaitlərin xərclənməsindəki çatışmazlıqlara
baxmayaraq, USAID bu ölkənin səhiyyə qurumlarına maliyyə ayırmaqda davam edir.
“İrs Fondu” (Heritage Foundation) isə bəyan edib ki, mövcud sui-istifadə halları davamlı iqtisadi artımın və inkişafın təmin edilməsində USAID yardım modelinin ardıcıl şəkildə uğursuzluğa düçar olduğunu göstərir.
USAİD-in caynağı Kubaya da uzanıb. “Associated Press”in
araşdırması nəticəsində məlum olub ki, 2010-cu ildə Kubada yaradılan “Twitter”ə
bənzər “ZunZuneo” adlı sosial şəbəkənin məqsədi ölkədə kütləvi iğtişaşlar və
inqilab törətmək olub. USAID-in birbaşa maliyyə dəstəyi və nəzarəti altında
gerçəkləşdirilən layihədə sosial şəbəkənin əvvəlcə idman, əyləncə, təbiət hadisələri
kimi xəbərləri yaymaqla istifadəçilərinin sayını artırması nəzərdə tutulubmuş.
Bu müddətdə istifadəçilərin yaş, cins, yaşayış yeri kimi şəxsi məlumatları
toplanaraq təhlil edilib. Sosial şəbəkənin fəal istifadəçilərinin sayının
yüzminlərlə üzvü əhatə etməsindən sonra isə şəbəkədə siyasi yönlü, əhalini kütləvi
etirazlara sövq edən informasiyaların yerləşdirilməsi planlaşdırılırmış. Lakin
nədənsə, 40 mindən artıq üzvü olan sosial şəbəkə 2012-ci ildə xəbərdarlıq edilmədən
bağlanılıb. Təxminən iki il sonra isə layihənin arxasında dayanan gizli məqsədlər
üzə çıxıb.
USAİD Əfqanıstanda da çirkin əməlləri ilə “tarix” yazıb. Bu
ölkəni əbədi terrorçuluq məkanına çevirəndən sonra təşkilat yeni planlar üzərində
işləməyə başladı. Artıq növbə Ukraymaya çatmışdı. Hazırda Ukraynanın hansı ağır
bəlaya düçar olduğunu görəndə USAİD-in “harda qan var, orda biz varıq” strategiyasına
qulluq göstərdyi bir daha təsdiqlənir. USAİD Kiyevə 1 milyard dollar humanitar
yardım ayırıb və hazırda agentliyin proqramlarında həm amerikalı, həm də yerli
sakinlərdən ibarət 700-ə yaxın işçi çalışır. Ancaq rəsmi Kiyev müharibə
müydanında hələ də heç bir uğur qazana bilməyib.
USAİD 2023-2025-ci illərdə müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti”nin yaradılması ad altında milyardlarla vəsait ayırıb. Bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb, amma güclü dövlət olaraq USAİD kimi qurumların planlarının reallaşmasına imkan verməyib. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün şəbəkə formalaşdırıblar. USAİD gəncləri könüllü şəbəkəsi ətrafında toplayaraq, onlara maddi dəstək göstərir. İlk həmlə ölkənin milli, mənəvi dəyərlərinə yönəlir. Azərbaycanada hərdən bir kiçik qrupun dəyərlərə, dövlətçiliyə, cəmiyyətin sütünlarına qarşı hücümlarnın arxasında məhz USAİD və onun əlaltıları olan təşkilatların pulu dayanır.
USAİD “yumşaq güc” amilindən sitifadə edir. Ən böyük məqsəd
ABŞ-ın postsovet məkanında öz baxışlarını inkişaf etdirməkdir. Çox təəssüf ki,
bəzi merkantil xarakterli insanlar yad mədəniyyətlərin onların milli köklərini
qazımasına imkan verirlər. Hazırda
USAİD-in Belarusda, Özbəkistanda, Tacikistanda güclü proqramları var. Bu təşkilat
əsasən milli köklər üzərində qurulan ölkələri hədəf alır və ümumiyyətlə Rusiyanı
regionda təkləməyə çalışırlar.
Bir fakta da diqqət çəkək. ABŞ hələ indiyə qədər həra hansı
ölkədə törətdiyi hakimiyyət çevrilişi nəticəsndə taxta çıxarılan prezidentin
arxasında sona qədər dayanmayıb. Hətta yaratdıqları müxalifət liderlərini də çətin
anda zərbə altına qoyub aradan çıxıblar. Saakaşvili, Navalnı, Paşinyan nümunələrini
göstərə bilərik.
Mediaekspert Monitorinq Mərkəzi