Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının
sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən müşavirədə polisin
fəaliyyətini təqdir edən fikirlər söyləyib.
Gədəbəyin Söyüdlü kəndində baş verən etirazların qarşısına çıxan polisə daş atanların ailəsi, uşaqları İctimaiyyət qarşısında utanmalı olduğunu bildiriən İlham Əliyev vətəndaşların bir hissəsinin təxribatçıların fitnəsinə uyaraq ədəbsiz, qanunsuz hərəkətlərə yol verdiklərini bildirib bunu dözülməz, qəbuledilməz adlandlrlb: “O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də biz məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar, polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, birincisi. İkincisi, bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar”.
Ölkə başçısı bütövlükdə həm oradakı təxribatçıların hərəkətlərini
həm xarici şirkətin, həm də nazirliyin fəaliyyətini dözülməz adlandıraraq yeganə
polisin özünü ləyaqətlə apardığını diqqətə çatdırıb: “İndi bəziləri ağızlarını
büzürlər. Gedin, açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür -
1000 nəfəri. Fransa polisi neçə nəfəri öldürür və nəyə görə öldürür? Bu
yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət
qazandırmıram, o dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin
mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə
məhkəmədə buraxırlar, ya da ki, şərti iş verirlər. Bizim polis gecə-gündüz
soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda
müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna
imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara
uyanlar və bütün ictimaiyyət”.
Təbii ki, Prezidentin polisə verdiyi dəyər onun faəliyyətinə
böyük mənada müsbət təsir göstərəcək. Əsas məsələ vətəndaşla polisin arasında mərifətli,
mədəniyyətli münasibətin olamsıdır. Belə davranışın formalaşmasında hər iki tərəfin
üzərinə öhdəlik düşür. Hər kəsin fərqli həqiqəti ola bilər, ancaq dövlətin bir
həqiqəti var – vətəndaşı xoşbəxt və rahat yaşasın. Bu səviyyəni qoruyub
saxlamaq məsuliyyətə bağlı məsələdir. Yapondan soruşublar, ən yaxşı yapon
kimdir, deyib məsuliyyətlə yaşayan yapon ən yaxşıdır.
Vətəni uğrunda 20 mindən çox şəhid verən azərbaycanlının məsuliyyətinə
o qəhrəmanların ruhları nəzarət edir. Bu həqiqəti bir an unutmaq mədəniyyətsizləşməyə
bərabərdir.
Ceyhun
Musaoğlu