Qarabağda yaşayan erməni əhalisinin Azərbaycanın vətəndaşları
olaraq yeni həyata başlayacaqları qaçılmaz gerçəklikdir. Proses uzana bilər, “gecikə
bilər” də yazmaq olardı, sadəcə baxır hansı tərəfdən yanaşırıq: ermənilər tərəfdən,
Ermənistanın taleyinin növbəti mərhələsinin necə olacağı konteksindən, yüz illərdir
yalançı mif-ə qurban olan cəmiyyətin nəhayət həqiqi yol tapacağı acısından bəli,
gecikə bilər. Azərbaycan üçün isə bir o qədər fərqi yoxudur. Bu ölkə nəyi, nə
zaman, necə yerinə yetirməyi yaxşı bacarır.
Sülhsüzlük müharibəsizlik mühitinə uyğun deyil. Müharibə
dayanıbsa, sülh mütləq yaranmalıdır, yaradılmalıdır. Belə götürəndə Azərbaycan
qalib dövlətdir, “qoy sülh barədə məğlublar düşünsün” deyə bilərik. Qalib sülhü
müharibəsi ilə yaradır. Təəssüf ki, müharibəsizliyə də müharibəylə nail olduq.
Yenə onların ucbatından. 30 il dedik ki, işğala son qoyun, anlamadılar,
qanmadılar və 44 günə onlara uşaq olduqlarını, siyasətdə, dövlətçilikdə,
xalqçılıqda hələ böyümədiklərini, yetişmədiklərini göstərdik. Dedi ki, uşaq
olmusunuz, tarixinizi yaxşı oxumamsınız, ayaq üstə ləngər vura-vura yaşatmaq
istədiyiniz erməni dövlətinin də yaşı az olub, uşaq beyni ilə özünü böyük kimi
aparmağa cəhd göstərib və ayaqqabıları ayağına böyük olub. O üzdəndir,Ermənistan
əəvvəl yerişini, sonra baxışını, ardınca yıxılıb özünü itirdi.
Rəsmi Bakı nə deyir ki, uşaq olmusan bilməmisən, at
silahı keç başla adam kimi yaşamağa. “Uşaq nədir fişəng nədir” – kobud da olsa,
elimizin məsəlidir. Bəlkə də bu məsəlin antologiyası ermənilərə nəzərən izah
olunur. Azərbaycana həmişə fişəngi onlar atıblar və… və həmişə əllərində
partlayıb.
Ümumi mənzərə belədir. Gələk xüsusi mənzərəyə. Qarabağda
yaşayan erməni əhalisinin Azərbaycanın vətəndaşları olaraq mütləq yeni həyata
başlayacaqları qaçılmaz gerçəklikdir ona görə ki, hazırda həqiqətən acınacaqlı
vəziyyətdə yaşayırlar.
Həmin miskin durumun detallarına diqqət çəkək:
1.Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ
ərazisində yaşayan ermənilər öz millətlərindən olan terrorçu dəstənin
girovluğundadırlar.
2. Ermənistan rəhbərliyi ilə “Qarabağ xuntası” adlanan
firqə arasında kəskin qarşıdurma var. Paşinyan deyir: “Biz 30 ildir kadastr şəhadətnaməsi
olmayan yerdə yaşayırıq. Ermənistanın bir dövlət olaraq min illik mövcudluğu ərzində
heç vaxt kadastr şəhadətnaməsi olmayıb. Etmək istədiyimiz iş uğurlu olarsa,
tarixdə ilk dəfə kadastr şəhadətnaməsi alacağıq, kirayəkeş statusumuzu aşmaq
istəyirik”.
Dəqiq qənaətdir, danılmaz fakta söykənən doğru
arqumentdir. Əks cəbhədə dayanan xunta erməni əhalisini kadstrı olmayan ərazidə
“sizə dövlət qurururq” fırldağı ilə məhvə aparır. Son 30 ilin nağıl siyasətini
yenidən dirçəltməkdədirlər. Çox ağır ritorika da olsa, belədir: eşşək palçığa
bir dəfə girər. Bu eşşək terrorçular erməni xalqını bu dəfə bataqlığa sürükləyir.
Bütün proseslər göstərir ki, ermənilər bataqlığa girsələr, daha heç vaxt çıxa
bilməyəcəklər.
Qalibin məğluba əl uzatması istisna hallardandır. Hər
məğluba belə xoşbəxtlik nəsib olmur. Açıq görünür ki, Paşinyan gerçəyi tam dərk
etdiyindən “kadastr” ifadəsini gündəmə gətirir və bu kimi yanaşmalarına rəğmən
mübağiləsiz deyə bilərik ki, Ermənistanın baş naziri sülh sazişini imzalamağa
hazırdır. Sadəcə…
Əslində sadəcə
deyil. Qarabağın bəzi ərazilərinə sığınan qeyri-qanuni erməni silahlıları
regionda mürəkkəb vəziyyətin hökm sürməsində maraqlıdırlar. Çox təəssüf rus
sülhməramlıları da məramsızlıq edərək həmin dəstənin terrorçuluq əməllərinə şərait
yaradır. Sülhməramlıların funksiyalarına uyğun olmayan davaranışə erməni
icmasının “başbilənlərinə” bəhanə verir ki, onlar Azərbaycan tərəfi ilə görüşü vasitəli formada
keçirmək iddaisını irəli sürsünlər. Niyə? Bu nə uşaq variantıdır? Azərbaycan öz
vətəndaşları ilə Konstitusiyası və qanunları çərçivəsində dialoq aparır, üçüncü
tərəfin, o cümlədən Rusiyanın vasitəçiliyinə, iştirakına nə ehtiyac var? Azərbaycan
öz vətəndaşları ilə Rusiya hərbçilərinin iştirakı və Rusiya bayrağı altında
danışa bilməz. Azərbaycan dövlətdir ona görə. Dövlətçiliyin “d” hərfini bilməyənlər əlbəttə
ikinci, üçüncü dövlətə möhtac olarlar.
Azərbaycan müstəqil dövlətdir. Qarabağdakı erməni əhalisi
də bu dövlətin vətəndaşıdır. Nə sözünüz, istəyiniz var, buyurun öz dövlətinizin
rəhbərliyinə açıq şəkildə deyin, ya da vətəndaşlıqdan çıxaraq qayıdıb Ermənistanda
yaşayın. Yaşayış təzini itirmiş Ermənistanda.
Əsas əməldir. Paşinyan kadastrdan danışıq, ancaq
yanaşmasını hökumətinə təsdiqlətdirə bilmir. Ölkəsi idarəolunmaz hala gəldiyindən
ordusunun bir hissəsi terrorçuların nəzarətinə
keçib.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə deyil,
əməldə tanımalıdır. Paşinyan sözdə bunu desə də, əməldə başqa mənzərə görürük.
Son təxribat zamanı Ermənistan SQ-nin iki hərbçisinin məhv edilməsi də göstərir
ki, Ermənistan ordusunun qalıqları hələ də bölgədən çıxarılmayıb. Erməni tərəfi
onların guya Ermənistan ordusunun hərbçisi olmadığını göstərmək üçün “sübutlar”
gətirsə də, bu inandırıcı deyil və Azərbaycan tərəfdən olan məlumat bunun əksini
göstər.
Son yoxdur. “Sonu olmayacaq” yox, son özü yoxdur. Hər
şey indi başlayıb, hər şey yalnız başlayır. Son nidanı Azərbaycan qoyur, həm
sözdə, həm əməldə. Azərbaycan heç bir halda öz ərazisində başqa ölkənin hərbçilərinin
və qanunsuz silahlı dəstələrin qalması ilə barışa bilməz və barışmayacaq. Barışmayıb.
Barışmadığını da tarixə həkk etdirib.
Qarabağda antiterror əməliyyatları keçirmək Azərbaycan
dövlətinin müstəsna hüquqidir. Hansı ölkə öz ərazisində məskunlaşan
terrorçulara qarşı mübarizə aparmır?.. Nəinki öz ölkəsində, qonşu ölkələrin ərazilərində
gizlənərək onlara təhlükə yaradan silahlılar da hədəfə alınır. Rusiya məsələn, Çeçenistanda anti-terror əməliyyatı keçirib, Suriyaya orda
yeridib, leqal silahlı qüvvələrinin “demilitarizasiya”sı adı ilə Ukraynaya hərbi
müdaxilə edib. Fransa Mali, Burkona Faso və digər ölkələrə hərbi dəstələr göndərir,
ABŞ ordusunu terrorla mübarizə adı ilə Əfqanıstana yeritdi. Belə olan təqdirdə Azərbaycanın
öz ərazisində Ermənistan hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin mövcudluğuna
göz yumması mümkünsüzdür, həmişə mümkünsüz olaraq qalacaq. Bu terrorçular dinc
sakinlərə qarşı terrorlar törədir, regionda sülhün yaranmasına ciddi-cəhdlə
mane olurlar. Onların təmizlənməsinə antiterror əməliyyatlarına qoşulan bütün
ölkələr dəstək verməldir.
Müharibə bitib. Azad olunmuş ərazilərdə
tikinti-quruculuq işləri aparılır. Ermənilərin cəhənnəmə döndərdiyi cənnət guşələr
yenidən əsrarəngiz donuna bürünəcək. Artıq Böyük Qayıdışa strat verilib, Zəngilana,
Laçına, Kəlbəcərə ailələr köçürülür. Onların təhlükəsizliyinə kim müdaxilə edə
bilər? İkinci dəfə dinc əhalinin silahlı terrorçuların hədəfinə çevrilməsinə çalışanlar
Dəmir Yumruğun ağır zərbəsini yenə yaşamalı olacaqlar.
Həqiqət budur: Cənubi Qafqazda ya sülh olacaq, ya da
sülh olacaq. Başqa yolu yox artıq. Bir xalq ki, “Ya Qarabağ, ya ölüm, başqa
yolu yox artıq” deyərək ərazisinin 20 fazini işğaldan azad edir, həmin əraziləri
göz bəbəyi kimi qorumaq onun şərəf işidir.
Ceyhun
Musaoğlu