İşğaldan azad edilmiş ərazilərdəki məntəqələrdə jurnalistlər necə fəaliyyət göstərdi – JEM-dən açıqlama

“Səsvermə prosesini işğaldan azad edilmiş ərazilərdə yaradılmış məntəqələrdə izlədik. Seçici fəallığı kifayət qədər yüksək idi”.

Bunu secki-2024.az saytına (https://kec.az/yDvYQ) açıqlamasında Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib. 

O bildirib ki, müşahidə apardığı 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 105 saylı məntəqəsində və 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində prosesi işıqlandıran jurnalistlər hərtərəfli  iş şəraiti yaradılıb:

“Jurnalistlər Seçki Məcəlləsinin müvafiq tələblərinə yüksək səviyyədə əməl edirlər. Bunun nəticəsidir ki, yerli və beynəlxalq ictimaiyyət seçkinin gedişatı ilə bağlı operativ, dürüst şəkildə məlumatlandırılır. Hər hansı qanun pozuntusuna rast gəlımədik”.