Mediada valideyn, müəllim və uşaqlara yönələn maarifləndirmə proqramları hazırlansın - Sərəncam

Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı ildə Sərəncam imzalayıb. 

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan Prezident uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədilə Nazirlər Kabinetinə konkret qərarlar ünvanlayıb. 

Qərarın 1.3. bəndində qeyd olunur: 

- Məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi, eyni zamanda mediada valideynlər, müəllimlər və uşaqlara yönələn maarifləndirmə proqramlarının hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər görülsun.