Milyardlarla müsəlmanın müqəddəs kitabına qarşı Avropa şəhərlərində törədilən şeytani vəhşiliyə etiraz ruhlu video hazırlamışdıq.
Həmin videonu Jurnalist Ekspert Mərkəzinin "Youtube" səhifəsinə yerləşdirmək üçün örtük şəkli axtarırdıq qarşımıza Report.az internet portalında yayımlanan xəbərə qoyulan şəkil çıxdı.
Həmkarlarımızı hadisə barədə məlumata belə bir şəkil seçmələrini çox bəyəndik. Böyük etik davranışınıza əhsən, hörmətli "Report".
Fotonu təqdim edirik:
İndi gələk konkret monitorinq açarına. Report.az belə mötədil davranışı ilə Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" PRİNSİPİ-nin
"Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli,onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır" şərtli 3.1. maddəsini ciddi-cəhdlə qoruyub.
Mediaekspert.az