34-də edəcəyini 33-də, 35-də edəcəyini, 34-də gerçəkləşdirmək nəsibin olsun

Həmkarları Əfsələddin Ağalarovun adını nəinki doğum günündə, əksər günlərdə hörmətlə, izzətlə çəkirlər.

Əfsələddin bəy, bu münasibətə cəmiyyətə yönəlik davranışı, jurnalistikanın prinsiplərinə hörməti, sənət yoldaşlarına diqqəti ilə layiq görülüb.

Yaratdıqları azxeber.az saytı da, köhnə kişilər demiş alın tərinin məhsuludur, elə ona görə də dadlıdır, şirindir, əzizdir, doğrunu düzünə yazmağı bacarandır.

Nə yaxşı ki, gəncsən, əziz Əfsələddin bəy. Hələ görəcəyin işlər çoxdur və hər biri nəticədə vətənə xeyir gətirəndir.

32-in mübarək. 34-də edəcəyini, 33-də, 35-də edəcəyini, 34-də gerçəkləşdirmək nəsibin olsun. Beləcə həyatın 100 faiz çoxalmış, artmış olacaq.

Mediaekspert.az