Hədəfin heç vaxt yayınmasın, Şöhrət Eyvazoğlu

Həm döyüşçü, həm də jurnalist Şöhrət Eyvazovun doğum günüdür. Şöhrət bəy zabit jurnalistlərimizdəndir. O, Qarabağdan ən doğru xəbərləri oxuculara bir başa səngərdən çatdıran jurnalistdir.

Şöhrət Eyvazovun ictimai fəaliyyəti də alqışa layiqdir. Həmkarımız heç vaxt ancaq özünü düşünməyib, həmkarlarını, dostlarını, ellilərini, bütün azərbaycanlıları daim müdafiə edib. Cəmiyyət neqativlərlə üzləşməsin deyə, indi də qələminə sarılan Şöhrət bəy torpaqlarımızın işğaldan azad olunması uğrunda necə vuruşubsa, Azərbaycanın bütövlüyü naminə də o şövqlə çarpışır, yazılarını hədəfə doğru tuşlayır.

Hədəfin heç vaxt yayınmasın, Şöhrət Eyvazoğlu. Şöhrətli ol, Şöhrətlə ol!

Mediaekspert.az