Həmişə hörmət və diqqətlə qarşılaşasan, Esmira Namiqqızı

Esmira Namiqqızının var olma günüdür. “Köhnələr” Esmira xanımı bu imza ilə tanıyıb, oxuyub, istinad ediblər. Elə gün olmurdu ki, Esmira Qasımova Namiqqızı imzası ilə mətbuata mövzu verməsin. 

Müxbirlik jurnalistikadakı vəzifələrin ən gözəlidir. Esmira Namiqqızı – Qasımova yazıları ilə bu gözəlliyi  təsdiqlətdirə - təsdiqlətdirə amiranə xarakterinə uyğun yolla ancaq irəliyə doğru addımlamağı bacardı. 

Peşəsinə daim hörmət qazandıran, həmkarlarının xoş günlərinə sevinən, bəd günlərinə kədərlənən Esmira xanıma həmişə hörmət və diqqətlə qarşılaşmağı arzulayırıq.  

Mediaekspet.az