Hər iki səadətə ünvan olan Rauf Rəcəbov

Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri, dəyərli jurnalist Rauf Rəcəbovun doğum günüdür.

Rauf bəy müxtəlif televiziyalarda rəhbər vəzifələrdə işləyib. Yazdıqları, çəkdikləri, söylədikləri həmişə peşəkarlığı ilə seçilib və rəğbətlə qarşılanıb.

İstedadlı olmaq Tanrının hədiyyəsidir, yaxşı olmaq isə insanın özündən asılıdır. Birincisi sevimli bəndələrə verirlir, ikincisi çətin başa gələn xoşbəxtlikdir. Rauf Rəcəbova hər iki səadət nəsib olub.

Məhz beləcə yaşamaq əziz həmkarımızın bir ömür boyu qisməti olsun. Jurnalistika onunla, o da jurnalistikamızla fəxr etmək hissindən bir an da xali olmasın.

Mediaekspert.az