Sağlam can, aydın səma, rahat yol ən dəyərli hədiyyən olsun

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlunun doğum günüdür. Mütəvazi xarakterə sahib həmkarımızın jurnalistikası da tarazılıq yaratmaq məqsədi daşıyır.

Heç vaxt görmədiyi, tanımadığı adamın halına yanmaq və bu yanğını qələmə alaraq alovları söndürmək üçün vasitəyə çevirmək Elçin Zahiroğlu müstəsnalığıdır.

O, uzaqdan gələn jurnalistlərdəndir, amma yorğun deyil. Jurnalistikada necə yeriyərlər, necə nəfəs alarlar, necə dincələrlər gerçəyini yaxşı bilir. Bunu adı peşəkarlıqdır. Elə ona görə də irəlidədir, irəliləməkdədir.

Sağlam can, aydın səma, rahat yol ən dəyərli hədiyyən olsun, Elçin Zahiroğlu