Sağlam can, rahat ömür, azad həyat arzulayırıq

Dəyərli jurnalist Elman Cəfərlinin doğum günüdür. Ömrünün tən yarısını jurnalistikaya həsr edən həmkarımız müxbirliyin ən gözəl və özəl çağlarını yaşayıb.

O mətbuat konfranslarında sualları ilə ən ağrılı nöqtələrə toxunmağı bacarmaqla yanaşı, ölkə mətbuatına yazmağa xeyli mövzular da verirdi.

Redaktorluğu da peşəkarlığının nidasıdır. Jurnalistikanın prinsiplərinə sadiqliyi ucada tutmağı bacaran Elman bəyə daim ucalmağı arzulayırıq.

Bildiklərini öyrətmək bacarığı Elman Cəfərlinin bir ayrı özəlliyidir. Hələ xarakterindəki klassik düşüncə tərzi barədə yazsaq, gərək mütləqdir hekayə yaradaq.

Hərətərfli şəxsiyyət kimi yaşayan həmkarımıza sağlam can, rahat ömür, azad həyat arzulayırıq.  

Mediaekspert.az