Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü
ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iyulun 11-də keçirilən
müşavirədə ölkə başçısı xalqa çox vacib bir mesaj ünvanladı.
Ordunun qüdrətindən söz açan İlham Əliyev öncə onu söylədi ki, dövlət büdcəsi rekord göstəriciyə malikdir və 36 milyard manat təşkil edir. Bu məbləğ formlaşarkən əlavə olunan 3 milyard manat Ordu quruculuğuna və işğaldan azad edilən ərazilərdəki tikinti-quruculuq işlərinə infrastruktur, biznes layihələrinə xərclənəcək.
Prezident deyib: "Bundan
sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə
islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi
istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində
işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə
aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz
Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni, təbii
ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə. Struktur islahatları, idarəetmə
və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki,
yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir,
amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki,
burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm.
Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir.
Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”.
Rahatlıq
o dərəcədə sehirli ifadədir ki, özündə yaxşı olan bütün məhfumları birləşdirir.
Prezidentdən xalqına ünvanlanan “rahat yaşayın” çağırışı isti havada sərinlik,
soyuq havada istilik effekti verir. Güclü orduya malik olmaq həqiqətən bir dövlətin
səadətidir.
Ceyhun
Musaoğlu