Mediaekspert.az Jurnalist Ekspert Mərkəzi İdarə Heyətinin üzvü Elşad Məmmədlinin fevralın 13-də baş verən dəhşətli qətliamın səbəbləri ilə bağlı "Facebook" səhifəsində yazdığı fikirlərini təqdim edir.
- Psixopat 5 nəfər ailə üzvünü öldürən o gədə deyil, öldürdüyü ata-anasıdır! O gədə sadəcə harınladılmış zırramadır. Çünki:
- Gədə 15 yaşında ikən adam bıçaqlayıb, dəlilik kağızı alıblar...
- Narkotikə qurşanıb, ört-basdır ediblər...
- Qudurmuş, psixopat, narkomana maşın alıb veriblər, büdcə ayırıblar, ayrı ev alıblar ki, get cəmiyyətə bəla ol...
- Dəfələrlə xuliqanlıq edib, ört-basdır ediblər...
- Deyək ki, psixoloji problemləri olub, onu da malalayıblar, p..xdan konfet düzəltmək istəyiblər...
Acıyırıq, böyük faciədir.
Amma ən dəhşətlisi odur ki, bu psixopat mühitdəki ailədə nüfuz sahibi olan qadın məktəb direktoru idi...
Məktəb direktoru... Təsəvvür edirsiniz?!
Və əmin olun, ölkəmizdə xeyli belə tipli məktəb direktorları var...
Pulun qudurtduğu ailə tipləri!
Çanaq öz başlarında çatladı...