Qarabağdakı xunta Ermənistanı bədbəxt edib – Azərbaycan Ordusundan beşqat zərbə

Cəmi 11 gün keçdi, terrorçu xuntanın girovunda olan Ermənstan Azərbaycan sərhədində yenidən təxribat törətdi. Hər iki hadisədə hərbi qulluqçumuz yaralandı. Hadisənin birincisi ölkənin qurtuluş, ikincisi Milli Ordunun yaranması günündə baş verdi.


Fərhələnəsi heç bir günləri olmayan ermənilər qonşuluqda bayram yaşayan xalqın xoş günlərinə acılar qatmaq məkrinə pərçimləniblər. Yalnız terrorçu xislətə və əmələ malik məxluqat biabırçı məğlubiyyətdən sonra quyruğunu bulayan itlər kimi hürər.


İyunun 26-I Azərbaycan Silahlı Qüvvələrinin yaranamsı gününün növbəti ildönmünü qeyd edən zaman quldur ermənilər ərazimizə atəş yağdırdılar. Nəticədə bir hərbçimiz yaralandı. Hadisənin səhəri ABŞ-ın Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü keçirildi.


Nə qədər mağara təfəkkürlü olasan ki, xarici işlər nazirin məhz iki ölkə arasında sülh sazişinin imzalanması ətarfında ABŞ-da müzakirəyə qoşulan zaman ağır insident törədəsən.


Mağara adamlarını yalnız yemək düşündürər. Ermənistan dövlətini girov saxlayan Qarabağa sığınmış erməni terrorçuları üçün sabah yoxdur. Onlar gələcək barədə düşünmə qabiliyyətindən uzaqdırlar. Əslində həqiqətən onların sabahı yoxdur. Əks təqdirdə regionda dövşan kimi kolda ilişib qaldıqlarını anlayar və süıh sazişinin imzalanmasına nəinki mane olar, prosesin daha tez və uğurla yekunlaşmasına çalışar.


Terrorçu xuntanı nə təmsil etdikləri xalq, nə həmişə rəzil tarix yaşayan dövlətləri, nə də hələ də mif xəstəliyindən qurtula bilməyən cəmiyyətləri düşündürür. Nə vaxt qələt ediblər, anındaca cavablarını alıblar. Bu dəfə də Azərbaycan Ordusu “Qəzəb” əməliyyatını gerçəkləşdirdi. Öz medialarının yazdığına görə qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Hər bir nəfərə 5 nəfər qurban verirlər. Həqiqətən yazıqdırlar, həm də ona görə ki, yeni təxribatlara hazırlaşırlar. Erməni xalqı onları girov saxlayan terrorçuların Azərbaycana təhvil verilməsinə çaışmalıdır.


Xalq ayağa durub girovluqdan çıxmağa səy göstərməlidir. Ölən də onlarınkıdır. Terrorçu dəstəyə rəhbərlik edib, qondarma respublika donuna bürünənlər gənc əsgərləri qurban verirlər. Hanı erməni anaları, niyə səsləri çıxmır?! Axı müharibə çoxdan bitib, Azərbaycan sülhün dayağı olmağa hazırdır. Bəs niyə yenə erməni öldürülür? Günah kimdədir? Əlbəttə həmin terrorçularda. Təxribat törədirlər, beşqat cavablarını alırlar. “Fərrux”, “Sarıbaba”, “Qırxqız”, “Buzlux”, “Qisas” əməliyyatları onların əbədi yoxluğa düçar olacaqlarını riyazi dəqiqliklə sübut edib.


Əlbəttə, erməni terrorçularının qudurğanlığına rusiyalı sülhməramlıların meydan verdiyi şəksiz-şübhəsizdir. Təxribatçılar  sülhməramlılarn tam nəzarətində fəaliyyət göstərirlər. Burada bir neçə səbəb var ki, onlardan birincisi sülhməramlıların xidmət müddətinin yaxın zamanda bitməsi ilə əlaqədardır. 10 noyabr 2020-ci il sazişində qeyd olunur ki, tərəflərdən birinin razılığı ilə ruslar bölgədə qala bilər. Erməni terrorçularına sərf edən məqamdır. Əgər sülhməramlılar olmasa Azərbaycan Qarabağ ərazisinə mükəmməl şəkildə nəzarət edər və belə qanlı təxribatlar da baş verməz. Misal olaraq “Laçın” sərhəd-buraxılış məntəqəsini göstərə bilərik. Nə vaxta qədər ki, ruslar nəzrət edirdi, ermənilər qanunsuz silah-sursat daşıyırdılar. Hazırda quş olub uça da bilmirlər, çünki xidmət keçən Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Atalar demiş: “Ürək yanmasa gözdən yaş çıxmaz”.


Təbii ki, erməni quldurlarına Qərbdən dəstək verilir. Avropa Parlamentində elə deputatlar var ki, erməni diasporasının puluna satılıblar. Onlar yalandan hay-küy salıb Laçında erməniləri blokadaya aldığımızı deyilər. Belə böhtanlar terrorçulara dəstəvuz verir.


Hara qədər davam edəcək? 30 illik işğal faktoruna 44 gün ərzində qalib gələn ölkəyə terrorçu dəstə hansı dərəcədə təsir edə bilər ki? Təxribatlarda itirən yenə Ermənistandır. Azərbaycan hər mənada bütün ölkələrlə səliqəli siyasi və iqtisadi əlaqələr qurub. Hazıda Avropanın gözü Azərbaycandadır. Bərpa olunan enerji məsələsində Azərbaycan xilaskar ölkə kimi təqdim olunur.


Nəini enerji, elə bütün məsələlərdə Azərbaycan xilaskardır. Cənubi Qafqazda sülhün bərqərar olması məhz Azərbaycanın yürütdüyü siyasətin ana xəttidir. Ermənistan bu xətti tutub getsə, ağ günə çıxacaq.


Ceyhun Musaoğlu