Fransa
Prezidenti Emmanuel Makronun məkrli əməlləri bu dəfə Azərbaycanda ifşa
olunandan sonra Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyenin
vəzifəsindən çıxarıldığı rəsmi təsdiqini tapdı.
Fransa mətbuatının https://www.francetvinfo.fr/ yazdığına görə onun vəzifəsinə Daxili Təhlükəsizlik Baş İdarəsinin 5 il rəhbəri olmuş (DGSİ) Nikolas Lerner gətirilib.
Bernar Emye Nikolas Lerner
“Çox bilən quş
dimdiyindən bəlaya düşər” – bizim ataların sözüdür. Bizim atalar boşuna fikir
söyləməzlər. Özünü çoxbilmiş quş kimi aparan Rəsmi Parisi məhz bizim Dövlət
Təhlükəsizlik Xidməti tora saldı. Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovaya
dimdik uzadan Fransanın Azərbaycandakı səfirliyində daxili rezidenturanın çirkin
kəşfiyyat əməlləri üzə çıxdı.
https://www.identifier.in.ua/
saytının yazdığına görə, Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş
bu ölkənin vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə
orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.
Bernar Emyenin istefası da Afrika və Cənubi Qafqazdakı uğursuz fəaliyyəti ilə bağlı olub. Azərbaycan DTX-sı rəsmi Parisi necə silkələyibsə, məmurları hökumət budağından yetişməmiş yerə düşür. Fransa xüsusi xidmət orqanları rəzil vəziyyətdədir. DTX onlara peşəkarlığın ustad dərsini keçdi və sübut etdi ki, ölkəmizə heç bir qüvvə kəc gözlərlə baxa bilməz, Azərbaycandan çirkli məqsədlər üçün yararlanmaq mümkünsüzdür.
DTX-nın əlində casus
şəbəkəsinin əmələrinə dair sənədlər var. Təbii ki, geniş araşdırmalar davam etdiriləcək,
ortaya yeni faktlar çıxacaq. Koloniyasında saxladığı xalqlar, ölkələr Fransanın
Makron hakimiyyətinə olan nifrətini açıq və sərt şəkildə bəyan edir. Azərbaycandakı
ifşa hadisəsində əksini tapan faktlar həm şəbəkənin hədəfində olduğu, həm də Yaxın
Şərq, o cümlədən Cənubi Qafqaz dövlətlərini Fransaya qarşı haqlı etiraza
kökləyəcək. Səfirlikdəki rezidenturanın fransızlara tərəfdaş olan ölkələrə
yönələn casusluğu bağışlanmayan hərəkətdir. Geniş əlaqələrindən istifadə edən rezidenturanın region
ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırması, təsir
dairəsini genişləndirməsi onları istiqamətləndirən Fransa hakimiyyətinin
başında dayanan Makronun qeyri-səmimi “siyasətçi” olduğunu təsdiqləyir.
Ukrayna, Gürcüstan və Azərbaycanla
əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub,
bəziləri istintaq altındadır. Vətəndaşları tərəfindən dəfələrlə yumurta atəşinə
məruz qalan Fransa Prezidentinin bu uğursusluğu da tarixə qırmızı ləkələrlə
düşəcək.
Emmanuel Makronun sələflərinin yanlış siyasətini acımasızcasına davam etdirməsi nəticəsində Korsika, Polineziya, Yeni Kaledoniya, Qviana, Guadeloupe, Martinique adaları, Komor adası müstəmləkə altındadır.
Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox
Afrika ölkələrində, xüsusilə Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımların
səbəbkarı da Fransadır.
Fransa Vyana
Konvensiyas və xeyli beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq,
dövlətlərin daxili işlərinə qarışır, təxribatlar törədir.
Azərbaycan rəsmi Parisin neokolonist
siaysətinə həmişə etiraz edir və DTX-nın gerçəkləşdirdiyi sonuncu ifşa
əməliyyatı Rəsmi Bakının tam haqlı olduğunu növbəti dəfə təsdiqlədi.
Jurnalist Ekspert Mərkəzi