Vətəndaş cəmiyyəti instututu “Biləcəri səddi”ni məharətlə keçir – İslahatların nəticəsi

Azərbaycan vətəndaş cəmiyyəti sektorunda aparılan islahatlar müxtəlif yöndə müsbət nəticələr verməkdədir. Artıq “Biləcəri səddi” deyilən mane arxada qalıb. Ölkə QHT-ləri beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil etməyə başlayıblar.

QHT nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı həm də onların prosesə, qəbul olunan qərarlara təsir etməsi ilə xüsusi diqqət çəkir.

Hazırda bir qrup QHT təmsilçisi Keniyada səfərdədirlər. Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin 2024-cü il üzrə Vətəndaş Cəmiyyəti Konfransı keçirilir. Azərbaycan QHT-ləri BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında müxtəlif panellərdə qlobal diskussiyalara qatılıb.

“Sağlamlığa Xidmət”, “Sudan İstifadə Sahəsində Mütəxəssislər",  İctimai Birliyinin İctimai Birliyi, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası", Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ictimai birliklərinin rəhbərləri və nümayəndələri Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edirlər. İlk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik ili” olduğunu nəzərə alsaq, bu aksiyada iştirak ölkəmizin yaşıl dünya üçün qlobal mübarizəsinin rəmzi hesab olunur.

Artıq QHT sektorunda uzun illərin paslanmış vəziyyəti aradan qalxır. Nəhayət vətəndaş cəmiyyəti institutu əsl mahiyyətinə uyğun davranmağın, QHT fəlsəfəsinə doğru-düzgün əməl etməyin alternativi olmadığını yəqinləşdirməyə başlayb.

Əslində bu sahədə aparılan ciddi islahatların da məqsədi bizləri məhz QHT fəlsəfəsinin mahiyyətini düzgün anlamağa və bu anlama xidmət etməyə yönləndirmək idi.

Xüsusən də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin həm milli donor, həm də dövlət qurumu olaraq fəaliyyətndəki mütərəqqi yeniliklər bütün vətəndaş cəmiyyəti institutu sektoruna sirayət etməyə başladı.

Ölkə QHT-lərinin nüfuzlu beynəlxalq tədbirlərdə mütəmadi iştirakı, qlobal mövzular üzrə təsirli çıxışları, xarici həmkarları ilə işçi münasibətlər qurmaları Azərbaycan demokratiyasının, cəmiyyət azadlığının, dünyanın gedişatına təsir etmə imkanlarına malik olduğumuzun bariz nümunəsdir.

Ötən il Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsipləri pozaraq Naxçıxanla sərhəddə iri metallurgiya zavodu tikmək planının qarşısının alınması Azərbaycan QHT-lərinin dünya QHT-ləri ilə birliyinin nəticəsində mümkün oldu. Ekologiya yönümlü QHT-lərimiz həyacan təbili çalaraq Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən vətəndaş cəmiyyəti institutlarını bir müraciət ətrafında birləşdirməyi bacardı, nəticədə Ermənistan haqlı olan güclü təzyiqin nəticəsində tikintini dayandırmalı oldu. Azərbaycan QHT-ləri dünyaya sübut etdilər ki, tikiləcək zavod bütün planetin ekologiyası üçün təhlükəldir.

QHT sektorunun keçmişdə pərçimləndiyi passivlik, primitivlik artıq tarixin arxivinə qovuşur. Yeni dünya düzəninə, qalib, qürurlu və lider dövlət olan Azərbaycanın adına, yürütdüyü daxili və xarici siyasətə adekvat vətəndaş cəmiyyəti institutu formalaşmaqdadır. Bu işdə QHT Agentliyinin də böyük dəstəyini unutmamalı, o dəstəyə uyğun davranmağı özümüzə borc bilməliyik.

Jurnalist Ekspert Mərkəzi