"Fövqündə" kitabı Xəzər TV-nin əməkdaşlarına təqdim olundu - Fotolar

Jurnalist Ekspert Mərkəzinin (JEM) Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycan jurnalistikasının 149 illik yoluna elmi-nəzəri və təcrübi baxış” layihəsi çərçivəsində nəşr olunan "Fövqündə" kitabı  Xəzər TV-nin əməkdaşlarına təqdim olunub. 

Azərbaycan jurnalistikasının 149 illik tarixi aspektlərini özündə birləşdirən sənədli-bədii filmin ssenarisindən ibarət kitab ilk dəfə 28 iyun tarixində Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən konfransda iştirakçılara hədiyyə verilib.

Eyni layihənin birinci mərhələsinə uyğun gerçəkləşən konfransda Bakını və Naxçıvanı təmsil edən alimlər kitabın süjeti istiqamətində mühazirələr deyiblər.

Kitabda jurnalistika tarixi 6 mərhələyə bölünüb:

“Azərbaycan jurnalistikasının hazırlıq dövrü” –  (1875-ci ilə qədərki dövr);  “Azərbaycan milli mətbuatının, jurnalistika sisteminin yaranması və formalaşması dövrü” –  (1875-1917-ci illər); “AXC dövrünün mətbuatı” –  (1918-1920-ci illər); “Sovet dövrü Azərbaycan jurnalistikası” –  (1920-1991-ci illər); “Müasir Azərbaycan jurnalistikası” –  (1991-ci ildən başlayan və davam edən dövr), “Sosial şəbəkələrin peşəkar mediaya mənfi və müsbət təsirləri”.

"Fövqündə" kitabının təqdimatı davam edir. "Xəzər" TV-dəki təqdimatdan öncə təqdimolunma Mətbuat Şurasında keçirilib. 

Bəsirə Həsənzadə