Jurnalist Ekspert Mərkəzi Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
yardımı ilə icra etdiyi layihənin altıncı verilişini hazırlayıb. Verilişlər
Missiya TV internet kanalının studiyasında çəkilərək yayımlanır.
“Şəhid ailələri və qazilərin ən
etibarlı dayağı həmişə dövlətdir” adlanan layihə çərçivəsində altıncı verilişin
qonağı ikinci Qarabağ savaşında zabit olaraq iştirak edən qazi jurnalist Anar Miriyevdir.
İyulun 1-dən başlayaraq 3 ay müddətində
8 dəfə dəfə yayımlanacaq verilişlərin aparıcısı layihənin rəhbəri, JEM sədri
Ceyhun Musaoğludur.
Layihənin məqsədi şəhid ailələri və
qazilərin hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn
dəstək xarakterli fəaliyyət barəsində ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf
şəkildə göstərməkdir.
Verilişlərdə şəhid ailələrinin nümayəndələri
və qazilər qonaq qismində iştirak edirlər.
Son iki verilişin qonaqları isə rayon
icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin
təşkili şöbələrinin rəhbərləri olacaq.
Xatırladaq ki, Jurnalist Ekspert Mərkəzi 2022-ci il kiçik qrant müsabiqəsində “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı dövlətdir” layihəsi həyata keçirmişdi. Layihə çərçivəsində imtiyazlı təbəqənin təmsilçiləri olan ictimaiyyət nümayəndələri və bu sahəyə cavabdeh olan dövlət orqanlarının rəsmiləri, xeyriyyəçi iş adamları hazırlanan verilişlərin qonaqları olmuşdular. “Şəhid ailələri və qazilərin ən etibarlı dayağı həmişə dövlətdir” layihəsi 2022-ci ildə gerçəkləşən layihənin davamı hesab oluna bilər.
Bəsirə Həsənzadə