Azərbaycan 28 il Ermənistanın işğalına məruz qalan 20 fazdən çox ərazilərini 44 gün ərzində azad etdikdən sonra Qarabağ iqtisadi rayonu yaradıldı.
Prezident İlham Əliyev 07 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzaladı.
Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri Azərbaycanın 14 iqtisadi rayonlarından biri olan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edildi. Bununla “Dağlıq Qarabağ” inzibati ərazisi ifadəsi və quruluşu tarixə qovuşdu, “Qarabağ məsələsi” mövzusu qapandı.
Azərbaycan Ermənistanla 10 noyabr 2020-ci bəyanatının şərtlərinə uyğun sülh sazişinin imzalanması mövzusunda müzakirə aparır. Rus sülhməramlılarının müvəqqəti xidmət keçdikləri Qarabağın bəzi ərazilərinə sığınaraq terror əməlləri törədən xunta rejimi orada yaşayan Azərbaycan əhalisi olan erməni əsilli sakinləri girov saxlayıb. Rəsmi Bakı vətəndaşlarını həmin quldurların əsarətindən qurtarmaq, Cənubi Qafqazda əbədi sülhün yaranmasını təmin etmək istiqaməti üzrə qəti addımlar atır.
Azərbaycan mediasının bu mövzuda tam diqqətli olması nəinki vacibdir, həm sözügedən Fərmana, həm də Jurnalistlərin Etik Davranış Qaydalarına görə şərtdir.
Ötən gün tanınmış media orqanlarının birində “Azərbaycan-Ermənistan, Qarabağ məsələsinin həllinin hazırkı vəziyyəti və perspektivləri” cümləsi yayılıb.
Jurnalistlərin Etik Davranış Qaydalarında əksini tapan PRİNSİP 2: "İnformasiya qaynaqlarına sayğılı yanaşma", maddə 2.2 – Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır”… şərti pozulub.
Rəsmi fakt, çox güman bilməyərəkdən, təhrif olunub.
Mediamonitorinq