Qeyri-ciddi səhifələr və uydurma paylaşımlar Yalanın ömrü daha 40 gün deyil + Video

Nəyisə bilməmək, o cümlədən hansısa xaici dil bilməmək ayıb deyil. Ayıb olan bilmədiyin, kəsdirmədiyin məsələlər barədə danışmağa cəhd etməkdir. Özünü çoxbilmiş göstərmək həvəsi çağdaş dövrümüzdə çoxlarının yoluxduğu mərəzdr. Belə xəstələr xüsusən sosial şəbəkələrdə uydurmalar yayımlamaqla diqqət çəkməyə çalışırlar.  

Biri mənasını anlamadığı, kiminsə dilindən eşitdiyi sözlərdən ibarət cümlələr yazmaqla guya intellekt səviyyəsini göstərməyə çalışır. Başqa biri ingilis dilində bilmədiyi halda özünü hətta tərcüməçi kimi təqdim etməyə meyillənir. Diplomatiyadan anlayışı olmayanlar, xarici əlaqələr xüsusunda rəy verməyə girişir. Üzücü həm də odur ki, belə klounlara inanan, onların sözü ilə şəxsi qənaət formalaşdıranlar da olur.  Tamamailə yalandan ibarət olan bir paylaşım ortya atılır və bir də baxırsan ki, yaşından- başından utanmayanlar, həmin yalanın ətəyindən yapışıblar. Keçk kopnkret misala. “Hamam Times” adlı bir Facebook səhifəsi var.

Bu səhifəni idarə edənlər yuxarıda göstərdiyimiz göstəricilərə malik sosial şəbəkə tüfeyliləridir. Yalan-palan paylaşımlarla izləyici sayı artıran bu hamamdan uzaq kirli səhifədə etik qaydalara da əməl olunmur. Belə anlaşılır ki, səhifəni idarə edənlər arasında bir nəfər də olsun qanacaqlı adam yoxdur. Olsaydı digərlərinə başa salardı ki, hansısaa paylaşım etməzdən əvvəl, bəhs olunacaq məsələ barədə  heç olmasa elementar məlumatlar toplamaq lazımdır. Ki, sonradan məsələdən məlumatlı olanların gülüş hədəfinə çevrilməyəsən. Amma belə görünür ki, “Hamam Times” üçün ciddiliyin heç bir əhəmiyyəti yoxdur.

Elə buna görədir ki, paylaşımları əksər hallarda həqiqətdən uzaq, tamamilə uydurmalardan ibarət olur. Məsələn, yazılıb ki, Almaniyada İlham Əliyevi Heydər Əliyevlə guya səhv salıblar. Bunu da onunla “əsaslandırıblar” ki, bəs, İlham Əliyevin masasındakı bildiriş lövhəciyində onun adı “H.E. Aliyev “ kimi yazılıb. Təsəvvür üdirsiz xəstəlik hara qədər irəliləyib? Bu Adamlar ingilis dili, diplomatik qaydaları bilmədikləri halda özlərini “tapıntı” müəllifi kimi göstərməyə çalışırlar. Birinci sözündən sonuncu sözünə qədər yalandan ibarət olan bu paylaşım əslində onu təsdiq edir ki, bu adamların bütün “ yaradıcılığı” saxtadır, qurama və fırıldaq mahiyyətlidir.

“H.E” əslində igilis dilində “ zati aliləri “ sözünün (His Excellency) qısa formada yazılışıdır. Bunu bilməyən çürükbaşlar insanları çaşdırmaq yolu ilə diqqət cəlb etmək istəyiblər. Anlamırlar ki, indiki dövrdə yalanın üstünün açılması üçün daha 40 günə ehtiyac yoxdur. Bunun üçün indi 4 dəqiqə də kifayət edir. Bəzən isə nəyin yalan , olduğunu müəyyən etməyə 40 saniyə də bəs edir.

Missiya.Az