Ötən gün əksər media orqanlarında Həcər Mikayılova adlı şəxsin əməllərindən bəhs edən yazı yayımlanıb. İddia olunur ki, üç nəfərə qarşı küllü miqadarda dələduzluq etdiyinə görə bu şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.
Onun kimlərə necə, hansı yolla , nə qədər maddi ziyan vurduğu ilə bağlı adlar və rəqmlər də qeyd olunub.
İlk baxışdan məlumatın jurnalistika prinsipinin şərtlərinə tam cavab verdiyi qənaəti yaranır. Ekspert gözüylə sərlöhfəyə diqqət çəkəndə Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına nəzər yetirməmək olmur.
Sərlöhvə belə seçilib: “BDU-nun keçmiş baş müəllimi həbs olundu”. Demək olar əksər saytlar eyni başlığı qoyub. Başlıqla mətn uyğun gəlsin deyə, sonda “qeyd edək” ki, köməyindən yararlanaraq, həbs edilən şəxsin Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim işlədiyi yazılıb.
Pozuntunun mətləbi də burdadır. Anlaşılımır: H.Mikayılova tutulanda müəllim kimi fəaliyyət göstərirmiş, ya yox. Əgər müəllim ola-ola ona cinayət işi qaldırılıbsa, sərlöhvəyə “keçmiş müəllim” məzmunlu başlıq çıxarmaq hardasa başadüşüləndir, Əgər müəllimlik peşəsindən gedib, başqa işlə məşğul olurmuşsa, onun keçmişdə hansı peşə sahibi olduğunu göstərməyin yeri deyil, əhəmiyyəti yoxdur. Tutulmağının müəllimliyi ilə, universitetlə nə qədər əlaqəsi var? Məlumatda bu məqamlar açılmayıb.
Həbs olunan şəxsin nə vaxtsa işlədiyi müəssisənin adını hallandırmaqsa qaydalar pozuntusudur, nəinki hətta o faktı başlığa çıxarmaq. Belədə ali təhsil müəssisəsinin reputasiyasına toxunmuş oluruq.
Jurnalistlərinin Etik Davranış Qaydalarının PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı bəndini xatırladaq:
3.1. Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli,onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır.
Barəsində rəy verdiyimiz məlumatda həbs olunan şəxsin peşəsi qabardılıb. Bununla da onun keçmiş iş yerinin nüfuzunun müzakirəyə çıxarılmasına şərait yaradılıb.
Mediaekspert Monitorinq Qrupu